Seks, narkotik, içki: QİÇS - Bir modelin faciəli həyat hekayəsi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Seks, narkotik, içki: QİÇS - Bir modelin faciəli həyat hekayəsi – FOTOLAR

Bir modelin faciəli həyat hekayəsi – FOTOLAR

"Dünya pul və seks üzərində qurulub...Mən xoşbəxtlik, sevgi və qayğı kimi daha yaxşı şeylər axtarışındayam". (Cia Karanci)

Cia Mariya Karanci 1960-cı il yanvarın 29-da Filadelfiyada anadan olub. Cia təbiətən diribaş və inadkar qızcığaz idi. Onun italyan əsilli atası balaca bir qəlyanaltı şəbəkəsinə sahib idi. Cia sevinc və kədərini daha çox anası Ketlin Karanci ilə bölüşərdi.

Qızın 11 yaşı olarkən anası ərini və uşaqlarını atır. Lakin sonradan onun atası da, anası da ikinci dəfə nikaha daxil olurlar. Erkən yaşlarında Cia iki tərəf arasında qalmışdı. Onun hər şeyi vardı – valideyn qayğısından başqa.

Cianın 17 yaşı olarkən atasının qəlyanaltı restoranında işləməyə başlayır. Gəncliyində Cia heyrətamiz qız idi, seksual bədən forması vardı. Buna görə də, anası qızının model olmasını arzulayırdı. Ana əmin idi ki, model biznesi qızının tərbiyəsinə müsbət təsir edəcək.

Cia 17 yaşında Filadelfiyada gecə klubların birində rəqqasə kimi çalışmağa başlayır. 1978-ci ildə Nyu-Yorka köçən Cia burada keçmiş model Vilgelmina Kuperlə görüşür. Cia onla müqavilə imzalayır. Üç aydan sonra isə yaraşıqlı Cia "Vogue" və "Cosmo" jurnallarında çalışan agent Skavula ilə tanış olur. Bundan sonra Cianın həyatında yeni bir dönəm başlayır. Cia artıq yavaş-yavaş model karyerasının zirvəsinə qalxmağa başlayır.

Sarışınların dünyasında gözəl, qarabuğdayı qız. Cia digər modellərdən fərqlənirdi. Bundan əlavə, onun qeyri-adi siması vardı. Vilgelmina Kuper deyib: "O, bəzən foto şəkillərdə yaşımdan böyük görünür, bəzilərində isə Lolitaya bənzəyirdi. Onun belə simaya malik olması model biznesində çox qalmasına şərait yaradırdı".

Fotoqraflar Cianın daha çox küçə geyimi stilini bəyənirdi. O, cins şalvar və dəri gödəkçə geyinirdi.

Cianın çox gözəl sinəsi vardı. O, əhval-ruhiyyəsindən asılı olaraq, istədiyi müqaviləyə imza atır, istəmədiyindən isə imtina edirdi. Hətta bir dəfə o, 2 həftə ərzində bütün təkliflərdən imtina edir. Təklifi rədd etməsinin səbəbi isə yeni saç düzümünü bəyənməməsi olub. Bu ərköyün qızcığaz 1978-ci ildə Amerikanın "Vogue" jurnalında çəkilir.

Cia Karanci Nyu-Yorkun ən qaynar gecə klublarının daimi müştərisi idi. 1970-ci illərdə klublarda kokain istifadəsi adi hal idi. Elə kokain də çəkilişlərdən sonra yorulmuş modelləri özünə cəlb edirdi. Əvvəllər Cia narkotiklərdən yalnız dincəlmək üçün istifadə edirdi.

Cianın işi fotoqraf Kris Von Uoncenheymi də ruhlandırırdı. Kris öz ağ-qara fotoları ilə məşhur idi. 1978-ci ildə fotoqraf Cianın çəkilişlərdən sonra qalmasını xahiş etdi. Kris modelin ağ-qara fotolarını çəkmək niyyətində idi. Cia soyunaraq arakəsmənin arxasında dayanmaqla kameraya poza veridi. Fotoçəkilişlərdə Sindi Linter də iştirak edirdi. Arakəsmənin bir tərəfində şılpaq Cia, digər tərəfində isə Sindi dayanmışdı. Bu foto dünya arenasında bir səs-küy yaratdı və fotoqrafiyaya yeni dəb gətirdi....

Model biznesində ən yaraşıqlı sinəyə malik olan Cia bundan sonra digər jurnallarla əməkdaşlıq etməyə başladı. Məsələn, "Cosmopolitan" jurnalı üçün Cia yunan dəbində olan sarı çimərlik geyimində çəkilir. Çimərlik geyimi onun sinəsinin bütün gözəlliyini nümayiş etdirirdi. Sonradan bu foto Cianın karyerasında ən uğurlu şəkil adlandırıldı.

Cianın karyerası fantastik sürətdə inkişaf etsə də, şəxsi həyatında heç hər şey qaydasında getmirdi. Onun çox da böyük olmayan ətrafı vardı: bu, vizajist Sindi Linter, modellərdən Culiya Foster və Cenis Dikinson idi. Bununla belə, o, günün çox hissəsini tənhalıqda keçirirdi. Bundan əlavə, Cia lezbiyan oriyentasiyası ilə fərqlənirdi. Cia öz gündəliyində qeyd edirdi: "Qızlar hər zaman mənim üçün problem olub. Mən, həqiqətən də, bilmirəm, nəyə görə onlar məni bu qədər həyəcanlandırır".

Cianın orta məktəb dostu deyir: "Cia yalnız qadınları sevərdi. Onu hər kəs sevərdi həm kişilər, həm də qadınlar. Cazibədar və gözəl olmasına görə o, istədiyini əldə edə bilirdi". Cia model biznesindən başqa bir işlə də məşğul olmaq istəyirdi, lakin gərgin qrafikinə görə uyğun vaxt tapa bilmirdi".

Cianın qardaşı Maykl belə düşünür: "Bizim etdiyimiz ən böyük səhv o idi ki, heç birimiz Cianın Nyu-Yorka getməsinin qarşısını almadıq".

Anası qızını ziyarət etmək üçün tez-tez Nyu-Yorka gələrdi. O, Cianın evinə gəlib burada yır-yığış edirdi. Lakin bununla belə, Cia həmişəki kimi tənha idi. Sevgi və qayğı axtarışında olan Cia ilk tanış olduğu insana vurulardı.

Rəfiqəsi model Culi Foster öz xatirələrində deyir: "O, sevgi axtarırdı. Bəzən olurdu, gecəyarısı evimə gəlirdi. Həmin an o, yalnız kiminsə onu qucaqlamasını istəyərdi. Yalnız bunun üçün o, evimə təşrif buyurardı. Bu, çox kədərli mənzərə idi".

1980-ci ilin yanvarında onun digər rəfiqəsi Vilhelmina Kuperə ağciyər xərçəngi diaqnozu qoyulur. Bu xəbərdən sarsılan Cia narkotik istifadəsini daha da artırdı. Cia hətta çəkilişlər zamanı narkotik maddələr istifadə edirdi.

Bir aydan sonra Vilhelmina ölür. Rəfiqəsinin ağır ölümünə dözməyən Cia heroin istifadəsinə keçdi.

"Mən istədiyimi ala bilmək iqtidarındayam. Barmağımı nəyə qoysam, onu ala bilərəm. Modellər nə yorulmalı, nə xəstələnməli, nə də qeyb ola bilərlər. Onlar hər zaman göz qarşısında olmalıdırlar".

Lakin Cia qeyb olurdu. Bəzən o, deyilən yerə gecikərdi, bəzən isə heç gəlməzdi də. Və ya ən pisi, çəkiliş meydanına gələrək xəbərsiz-ətərsiz aradan qaçardı. Cianın narkoman olması haqda söz-söhbətlər gəzişərdi. Elədi ki, vardı, narkotiklər Cianı məhv edirdi.

Fotoqraflardan biri müsahibəsində deyir: "Bizim hamımız bilirdik ki, Cia narkotik aludəçisidir. Bu, sirr deyildi və bunu heç kim müzakirə də etmirdi. Mən onun özü ilə bu haqda heç vaxt danışmadım".

Heroin istifadəsi qanundan kənar idi, lakin fotoqraflar lazımı şəkillərin alınması üçün Cianın probleminə göz yumurdular. Cia, artıq, çəkiliş meydanında narkotik istifadə edirdi. 1980-cı il "Vogue" jurnalındakı şəkildə Cianın narkotiklərin girdabına yuvarlanması aydın hiss olinurdu. Fotolarda onun qollarında iynə izləri açıq görünürdü. Ümumiyyətlə, Cianın çimərlik geyimində çəkildiyi bütün fotolarda bədənindəki qırmızı izlər diqqət çəkirdi.

Mənbələrdən birində deyilir: "Fotolar işıq üzü gördükdə böyük bir qalmaqal yaşandı. İzlərin azaldılması üçün fotolar yenidən bir daha redaktədən keçdi".

Cia model biznesindən qazandığı pulların hamısını narkotiklərə verirdi. Kamera arxasında panikalar, tutmalar baş qaldırırdı. Hətta elə olurdu, çəkiliş zamanı bir kənara çəkilərək yatıb qalırdı. O, işindən daha çox gündəlik doza ilə maraqlanırdı. Cia eyni zamanda 4 doza narkotik vasitəni qəbul edirdi və heç kimə də qulaq asmırdı.

1981-ci ilin fevralında Cia şəxsi həyatını qaydaya salmaq üçün Nyu-York moda dünyasından uzaqlaşdı. Karen Karaza xatırlayır: "Sevgilimlə gecə klublarının birində idim. Birdən boğazı kəsik-kəsik olan Cianı halsız vəziyyətdə gördüm. O, başını qaldıraraq mənə baxdı, lakin tanımadı. Bu, həqiqətən də, xoşagəlməz hal idi". İlə 100 min dollar qazanan Cia beləcə narkotiklərin əsirinə çevrildi.

Nəhayət, Cia alkoqoliklər və narkomanlar üçün nəzərdə tutulmuş reabilitasiya klinikasına yazıldı. Bundan sonra Cia 20 yaşlı tələbə qız Roşellə sevgi münasibəti yaşadı. Roşel də narkotik istifadəçisi idi. Roşelin təsiri altında Cia həqiqi dünyadan uzaqlaşırdı. İkinci dəfə reabilitasiya klinikasına yazılan Cia müalicə olunacağına ümid edirdi. Lakin yaxın dostu, fotoqraf Kris Von Uonceheymin avtomobil qəzasında həlak olması Cianı mütəssir etdi. Cia narkotikdən istifadə etmək üçün bəhanə axtarırdı. Və o, yenidən köhnə vərdişinə qayıtdı.

Uzun illər boyunca narkotik istifadə etməsi Cianın qollarını eybəcərləşdirdi, onun kürəyini isə xora basmışdı. Bu dövrlərdə Ciaya iş təklif edən model agentliyi onun nə üçün uzunqol köynək geyindiyini soruşub. Bundan qəzəblənən Cia deyib: "Sizi mənim köynəyim maraqlandırır? Siz mənimlə işləmək istəyirsiniz, ya yox?"

Cia model karyerasına geriyə qayıtsa da, əvvəlki şuxluğunu qaytara bilmədi. Fotolarda o, qolları arxasında çəkilərdi. Lakin bütün cəhdlərə baxmayaraq, fotolarda Cianın reabilitasiyadan sonra qazandığı artıq çəkini ört-basdır etmək olmurdu.

Cia supermodellərin taleyindən bəhs edən "20/20" televiziya proqramında iştirak edərək heç bir narkotik vasitələrdən istifadə etmədiyini bildirdi. Lakin onun səsi və baxışları tam əksini deyirdi. heç bir model agentliyi artıq onunla işləmək istəmirdi.

Cia Nyu-Yorkda çalışarkən onun köməkçisinə zəng gəldi. Köməkçinin xatirələrindən: "Mənə dedilər ki, gəlin bunu studiyadan götürün, yoxsa onu çölə tullayacağıq. Cia əlində siqaret kamera qarşısında yatıb, kül onun sinəsini yandırıb". Az sonra Cia qolundan əməliyyat keçirməli oldu. Çünki eyni yerə vurduğu iynələrin sayəsində infeksiyaya yoluxmuşdu. 1983-cü ildə Cia Şimali Afrikada aparılan çəkilişlər zamanı narkotik çəkərkən yaxalandı. Bununla da onun karyerası başa çatdı.

Cia ABŞ-a gələrək sevgilisi Roşellə yaşamağa başladı. Cianın anası deyir: "O, illər çox dəhşətli idi. Mən keçmiş ərimə məktub yazaraq bildirdim ki, biz hər şeyə hazır olmalıyıq, çünki belə vəziyyətdə insanlar hər şeyə qadirdir. Ondan oğurluq, qətl və bunun kimi cinayətlər gözləyirdik. Hətta onun ölməsi haqda məktub alacağımı də gözləyirdim".

Cia təzyiq altında bir daha reabilitasiya klinikasına yazıldı. Klinikada onun yeganə dostu olan Rob Fey belə xatırlayır: "Cia çox tənha idi. Onun yeganə dostu mən idim. Bir gün xəstəxana həyətində əl-ələ verən yaşlı insanların gəzişdiyini gördük. Daim sevgi axtarışında olan Ciaya bu mənzərə çox pis etdi".

Xəstəxananı tərk etdikdən sonra Cia yerli mağazaların birində kassir kimi işləməyə başladı. Lakin 3 aydan sonra Cia yoxa çıxdı. Cianın dostu deyir: "Cia yoxa çıxdı və heç kim onu tapa bilmirdi. Mən onu 3 həftə ərzində görə bilmədim".

1985-ci ildə Cia Atlantik-Sitiyə gedərək narkotik almaq üçün kişilərlə pulla yatırdı. O, bir neçə dəfə zorlanmışdı. 1986-cı ildə Cia pnevmoniya əlamətləri ilə xəstəxanaya yerləşdirildi. Bundan sonra model cəmi 6 ay yaşa bildi.

Pnevmoniya əlamətləri ilə xəstəxanaya aparılan Ciaya diaqnoz qoyuldu: QİÇS...

Xəstəxanada yatdığı vaxt Cia uzun illər arzusunda olduğunu tapdı: ana qayğısı...

Cianın yanına gediş-gəliş qadağan edilmişdi. Heç kimin onun belə bir ağır xəstəliyə düçar olmasından xəbəri yox idi. Yanına yalnız dostu Rob Fey buraxılırdı. Rob deyir: "Cia sənədli film çəkmək və uşaqlara narkotikin ziyanlarından danışmaq istəyirdi. Lakin son günlərdə o, artıq, danışıq qabiliyyətini itirmişdi və mən onun tezliklə öləcəyini bilirdim".

Cianın anası qızının faciəsi haqda danışaraq deyib: "Ölümünə qədər onun yanında olum. Biz parkda oturub söhbət edirdik. Onda yaşamaq arzusu yox idi. Cia dedi: "Mən 3 dəfə artıq dozadan öləcəkdim. Nəyə görə Allah hər dəfə mənə şans verirdi?". Cianın siması ölüncəyə qədər gözəl qaldı. Son günlər onda Allaha inam yaranmışdı".

Bir neçə həftə ərzində Cianın vəziyyəti getdikcə pisləşməyə başladı. Ölümünə 4 həftə qalmış onu təcridxanaya yerləşdirdilər. Onun bədənini bütün xora basmışdı.

Anası deyir: "Cia üzünü mənə çevirərək son sözlərini dedi: "Məncə bu axşam ONU görə biləcəm". Mən isə dedim: "Yox, yox elə burada yaşa. Anan üçün yaşa", lakin mən bilirdim ki, o məni tərk edir".

18 noyabr 1986-cı ildə Cia Karanci 26 yaşında öldü. QİÇS xəstəliyi onun bədənini o dərəcədə eybəcərləşdirmişdi ki, qızı bağlı tabutda basdırmaq tövsiyə olundu. Tibb işçiləri onu meyitxanaya aparmaq üçün xərəyə qoyduqda onun kürəyinin bir hissəsi qoparaq yerə düşdü. Karen Karaza deyib: "Bu, dəhşətdir. Təmtəraqlı həyatın belə sona çatması həqiqətən də dəhşətdir".

Planetin ən tanınmış modelinin ölməsindən isə ictimaiyyət xəbər tutmamışdı. İnsanların çoxu yalnız 1 ildən sonra dünyaşöhrətli modelin vəfatından agah oldu. Karen Karaza Cianın dəfni ilə bağlı deyib: "Mən anamla Cianın dəfninə getdim. Cia bağlı tabutun içərisinə qoyulmuşdu. Dəfn mərasimində isə heç kim yox idi".

Cia Karanci 1970-ci illərin dünya şöhrətli modeli olub. Onun sayəsində qarabuğdalılar da jurnalın üz qabığında görünməyə başladılar. Karanciyə bənzədiyi üçün model Sindi Krouforda da Baby Gia (Balaca Cia) adı verildi.

Cia QİÇS xəstəliyindən vəfat edən ilk məşhurlardan idi.

"Bilirsiniz, Allaha minnətdaram ki, o məni belə gözəl yaradıb; əgər güzgüyə baxarkən özüm özümün xoşuna gəlirəmsə, demək, mən yaxşı görünürəm".

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm