Çox sevinmək ürəyin, qorxu böyrəyin işini pozur
Bizi izləyin

Bilgi.az

Çox sevinmək ürəyin, qorxu böyrəyin işini pozur

Bir çox xəstəliklərin yaranma səbəbi normal qidalanmamaq hesab edilsə də, əslində mənfi hisslər bəzi xəstəliklərin təməlini qoya bilir. Ən gözəl hiss olan sevinc belə çox olanda ürəyə zərərlidir.

Publika.az xarici mətbuata istinadən hisslərlə xəstəliklər arasındakı əlaqəni təqdim edir.

Alimlərin araşdırmasına görə, xroniki xəstəliklərin kökündə hirs, kədər kimi mənfi duyğular var. Stress hormonlara təsir edərək onların funksiyasını poza bilir. Uzun müddət spirtli içki və məlumatsız şəkildə dərman qəbul etmək necə qaraciyərin funksiyasını pozursa, kin, hislənmək də o qədər zərərli olur. Çoxlu hislənmək mədə və baş ağrılarını da artırır.

Ürəyin ritmini pozur

Həddindən artıq çaxnaşma, nifrət, inciklik, sevinc kimi duyğuların ürək ritminə təsir etməsinə diqqət çəkən alimlərin fikrincə, qayğı və stress zamanı ürək ritmi artar, bədəndə qan daha çox sürətlə hərəkət edər. Şən olmaq çox gözəldir və bu duyğu normal şərtlərdə insana son dərəcə faydalıdır. Qan dövranının düzgün olmasını da təmin edir, ancaq bu duyğunun həddindən artıq olması vəziyyətində ürək də zərər görə bilər. Bunun səbəbi, yenə yuxarıda söylədiyimiz stress hormonlarının qanda artmasıdır.

Kədər vərəm yaradır

Alimlərin diqqət çəkdiyi başqa bir məqam kədərlə bağlıdır. Kədər və kədər kimi mənfi duyğuların ağciyərin funksiyalarına mənfi təsir edir. Bu duyğu nə qədər davamlı olarsa, ağciyərə təsir edər, sinədə təzyiq, ağırlıq kimi hisslər, hətta depressiyaya da səbəb ola bilər. Buna görə də depressiyaya girənlərə açıq havada gəzmək, dərin nəfəs almaq məsləhət görülür. Kədərli olanlar açıq havaya çıxıb və bir neçə dəfə dərin-dərin nəfəs almalıdırlar. Bu həm psixologiyanızın, həm də ağciyərlərin rahatlamasını təmin edəcək. Həddindən artıq kədər immunitet sistemini də zəiflədir. Alimlərin bu araşdırması qədim zamanlarda da "kədərdən vərəm oldu" kimi deyiminin bir həqiqət olduğunu sübut edir.

Qorxu böyrəklərə təsir edir

Orqanlara mənfi təsir edən duyğulardan biri də qorxudur. Həddindən artıq qorxu böyrəklər üzərində daralmaya səbəb olur və onun fəaliyyətinə mənfi təsir edir. Orqanlardakı bütün narahatlıqlar insanda qorxu hissi yaradır və bu da dolayısı ilə böyrəklərin işinə birbaşa təsir edir. Hər şeyi problem kimi qəbul etmək, beynə salmaq isə mədə-bağırsaq sistemini pozur, həddən artıq düşünmək, zehni iş və qayğılar isə ən çox dalağa təsir edir.

Ona görə də, alimlər məsləhət görür ki, sağlam qidalanmaq qədər yaxşı düşünmək lazımdır. Unutmayın ki, keçirdiyiniz hər bir hiss müxtəlif orqanlarınızın işini pozur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm