Öpüş haqda maraqlı faktlar
Bizi izləyin

Bilgi.az

Öpüş haqda maraqlı faktlar

Biz hər gün öpüşürük. Amma çox zaman onun faydasını düşünmürük və ya bundan xəbərsizik.

Publika.az öpüşlə bağlı qeyri-adi və maraqlı faktları təqdim edir.

Qədim Yaponiyada öpüşün insana müsbət enerji verdiyini güman edirdilər.

Britaniya alimlərinin fikrincə, tez-tez öpüşməyi xoşlayan insanlar optimist olur və onlar öz gücünə əmin olduğundan işdə uğur qazanırlar.

Öpüş kariyesin yaranma riskini azaldır.

İnsanın dodaqları barmaq uclarından daha həssas olur. Səmimi öpüş nəbzin dəqiqədə 100-dən artıq döyünməsinə səbəb olur.

Öpüşün intensivliyini artırmaqla 30 kalori itirə bilərsiniz. Müqayisə kimi deyək ki, qaçış zamanı insanlar 4-5 kalori itirir.

Buddist Kaylaş dağını ziyarət edərkən torpağı 30 min dəfə öpür.

Öpüş zamanı insanlar bir-birinə 278 müxtəlif bakteriya ötürür. Xoşbəxtlikdən, bakteriyanın 95 faizi ziyansızdır.

Qadınlar kişi ilə öpüşməkdən bu hallarda imtina edirlər: birinci yerdə - ağızdan pis qoxu, ikincisi - tər iyi, üçüncüsü - kişinin çənəsinin qısa olması.

Yaponiyada şahid qarşısında öpüşmək ədəbsizlik hesab olunur. Ona görə də, siz yapon filmində öpüş səhnələrini görə bilməzsiniz. Dünyada yaponsayağı öpüş belə yerinə yetirilir: tərəf müqabilinizlə aranızda bir addımlıq məsafə saxlayın və ona tərəf əyilin. Dodaqları irəli gətirin və partnyorunuzun dodaqlarına ağzınızı açmadan toxunun.

Eskimoslar və polineziyalılar öpüşmürlər. Onlar burunlarını bir-birinə toxundururlar.

İnsanlar orta hesabla ömür boyu 2 həftə öpüşür.

Afrikalılar qəbilə başçısının getdiyi yolları öpməklə ona olan hörməti bildirirlər.

Öpüş prosesinin elmi adı filematologiyadır.

Öpüş ağrını azaldır. Həkimlərin dediyinə görə, sevgilinin öpüşü morfidən 200 dəfə güclüdür.

Amerikan tədqiqatçılarının sözlərinə görə isə, öpüş insan ömrünü 5 il uzadır.

Öpüş qan-damar sistemi üçün yaxşı məşqdir. Öpüş bədəndə qan dövriyyəsini nizama salır.

Öpüş-stress və aqressiyadan ən yaxşı müalicə üsuludur.

Öpüş insanı daha ağıllı edir. Çünki öpüş diqqəti artırır və informasiyanı yadda saxlamağa kömək edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm