Bilgi.az
Yanvarın 4-də hamı uçacaq - ŞOK
Gələn ilin yanvarın 4-də Yer kürəsinin bütün sakinləri bir neçə saniyə havada asılı vəziyyətdə qala biləcəklər. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, britaniyalı tədqiqatçılar əmin edir ki, həmin tarixdə Yer kürəsində cazibə qüvvəsi zəifləyəcək.
Alimlərin sözlərinə əsasən, belə bir hadisə Yer kürəsində hər min ildən bir baş verir. Yeni ildən sonra Yer kürəsinin sakinləri havaya atılaraq, 2-3 saniyə göydə qala biləcəklər. Tədqiqatçılar təbii hadisənin baş vermə tarixini də açıqlayıblar: bu, Bakı vaxtı ilə saat 20:47-də olacaq.
Qeyd olunan saatda insanlar asanlıqla atılıb-düşə biləcəklər. Adi halda insan havaya tullanarkən dörddə bir saniyə göydə qala bilirlər. Lakin 20:47-də Azərbaycanla eyni saat qurşağında olan insanlar havada 3 saniyə qala biləcəklər.
Britaniyalı astronom Patrik Mur bu hadisəni belə izah edir: "Müəyyən vaxtda Yupiter və Pluton eyni xətt üzərində dayanır. Bu zaman Yer kürəsinin cazibə sahəsi qısa müddət də olsa zəifləyir".
Nura
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi