Bilgi.az
“Bacarıqsız” dahilər
Kim deyə bilərdi ki, dünya şöhrətli insanların da ağlagəlməz çatışmazlıqları olub!
AzərTAc mif-facts.com.ua saytına istinadla bütün dünyada məşhur olan on "bacarıqsız" dahinin siyahısını təqdim edir:
1. Tomas Edison dörd aylıq təhsildən sonra məktəbdən uzaqlaşdırılıb. Müəllimi onun barəsində danışarkən "ağılda geri qalan uşaq" ifadəsini işlədirdi.
2. Darvin tibb təhsilini yarımçıq qoyub və onun atası həmişə buna görə onu qınayaraq "sənin üçün kəsəyən və itləri ovlamaqdan başqa heç nə maraqlı deyil" – deyərdi.
3. Uolt Disney isə ideya çatışmazlığı səbəbi ilə işlədiyi qəzetdən uzaqlaşdırılmışdı.
4. Məşhur Bethovenin müəllimi, onu tam qabiliyyətsiz şagird sayırdı.
5. Eynşteyn 4 yaşına qədər danışmağı bacarmayıb. Müəllimi onun xasiyyətnaməsində "ağılda geri qalıb" ifadəsini yazmışdı.
6. Dahi heykəltəraş Rodenin atası "Mənim oğlum səfehdir. O, üç dəfə incəsənət məktəbinə daxil olmağa cəhd göstərib, lakin buna qabiliyyəti çatmayıb" – deyərdi.
7. İmperator Ferdinand Motsarta onun "Fiqaronun toyu" operasında "həddən artıq not və çox az səs" olduğunu irad tutmuşdu.
8. Mendeleyev kimya fənnindən 3 qiyməti alardı.
9. "Ford" avtomobilinin yaradıcısı Henri Ford demək olar ki, nə yazmağı, nə də oxumağı bacarırdı. Maliyyə uğuru qazanana qədər o, bir neçə dəfə özünü müflis elan etmişdi.
10. Markoni radio haqqında fikirlərini bölüşdükdən və sözlərin hava vasitəsilə ötürüləcəyini dedikdən sonra dostları onu dəli hesab edib psixiatora aparmışdılar. Lakin bir müddət sonra məhz radio qəzaya uğrayan çox sayda dənizçinin həyatını xilas etmişdi.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO