Dünyanın sonuna 3 dəqiqə qaldı - "Nobel"çi alimlərdən ŞOK proqnoz
Bizi izləyin

Bilgi.az

Dünyanın sonuna 3 dəqiqə qaldı - "Nobel"çi alimlərdən ŞOK proqnoz

Dünyanın sonunu simvollaşdıran "Qiyamət saatı" iki dəqiqə irəli çəkilib. Buna səbəb nüvə silahı və iqlim dəyişikliyidir.

Publika.az-ın məlumatına görə, "Qiyamət saatı" 11:57 müəyyən edilib. Saat 12:00 göstərəndə artıq hər şey qurtarmış olacaq.

Aralarında "Nobel" mükafatçılarının olduğu atom alimləri Bülleteni dünyanın sonunu simvollaşdıran tarixi araşdırma nəticəsində müəyyən ediblər. Alimlər bu barədə açıqlama verməzdən əvvəl nəticəni 18 "Nobel"çi alimin yer aldığı Zaminlər Qurumu ilə də məsləhətləşib. Onların ümimi rəyinə görə, dünyanın sonuna 3 dəqiqə qalıb.

Saatın irəli çəkilməsinin ən böyük səbəbi də atom silahlarından istifadə ediləcək müharibə riskinin artması və qlobal istiləşmədir. Alimlərin qənaətinə görə, iqlim dəyişikliyi ilə əlaqədar olaraq dəniz səviyyəsi yüksələcək və bəzi bölgələrdə quraqlıq artacaq.

Qeyd edək ki, "Qiyamət saatı" 1960-cı illərin əvvəlində ABŞ-la SSRİ arasında gərginliyin azaldığı vaxtda geriyə çəkilərək 11:48 müəyyən edilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm