Bilgi.az
Pul qazanmaq üçün ayıları... – FOTOLAR/VİDEO
Rusiya restoranlarında baş verən qanunsuzluqlar səngimək bilmir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Soçi restoranlarında qonaqların əyləncəsi üçün qəfəsdə saxlanılan ayılara spirtli içkilər içizdirilir. Bunu, ayıların qəfəsində olan şüşə qablardan da görmək olar.
Yerli əhalinin şikayəti nəticəsində zavallı heyvanlar işgəncədən qurtulub. Lakin Krasnodar şəhərinin vəhşi heyvanların müdafiəçisi Sergey Zenkovun sözlərinə əsasən, artıq əyyaşa çevrilən ayıları hansısa heyvanxanaya yerləşdirməkdə çətinlik yaranıb.
Ayılar 20 il bundan əvvəl Patşka-Quriya restoranında qurulan qəfəsə salınıblar. Restoranın rəhbəri Ceniks Uzaroşvili qonaqların ayılara spirtli içki və digər ziyanlı qidalar verməyə icazə verib. Ayılara pivə verildiyini etiraf edən restoran sahibi Uzaroşvili deyib: "Pivə onların xeyrinədir. Çünki onlar soyuq iqlimdə yaşayırlar".
Lakin çoxları ayıların müalicəyə ehtiyacı olduğunu iddia edərək hüquq mühafizə orqanlarına şikayət edib.
Şəhər sakinlərindən biri deyib: "Ayılardan heç biri baytar həkiminə göstərilməyib. Onlara lazımi qida, təmiz su da verilmir. Qəfəsdə yalnız zibil və ayıların nəcisidir. Ən pisi isə odur ki, ayılar qonaqları əyləndirmək üçün onlara pivə içizdirilir".
Nura
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR