Bilgi.az
Müəmmalı dəliklər alimləri çaşbaş saldı – FOTOLAR
Rusiyanın Sibir əyalətində "iri dəlik müəmması" haqda verilən xəbərlər hələ keçən ildən məlumdur. Yer üstündə açılan nəhəng dəliyin qlobal istiləşmə nəticəsində qaz püskürməsindən yarandığı deyilirdi.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, keçən il Yamal yarımadasında tapılan dəliyin yanında daha dördü aşkar edilib. Artan temperatur buzlaşmış torpağı əridir və nəticədə metan qazı yer üzünə çıxaraq, kraterlərin yaranmasına səbəb olur.
Tapılan hər 4 kraterin diametri əvvəlki dəliyin diametrindən kiçikdir. Bununla belə, mütəxəssislər 30 belə dəliyin yaranacağını proqnozlaşdırır. Alimlər hələ də kraterlərin yaranmasını dəqiqliyi ilə izah edə bilmir.
Krater müəmmasını araşdıran professor Boqoyavlenski deyib: "Arktik ərazidə bizə məlum olan 7 belə krater mövcuddur. Onlardan 5-i Yamal yarımadasında, 1-i Yamal muxtariyyətində, 1-i isə Taymır yarımadasının yaxınlığında yerləşən Krasnoyarsk əyalətində yerləşir. Onlardan 4-ü helikopter, 3-ü isə şimal maralı ovçuları tərəfindən aşkar edilib. Lakin əminəm ki, Yamal yarımadasında dəliklərin sayı daha çoxdur. Mən bunu göbələyə bənzədirəm. Əgər bir göbələk tapırsınızsa, əmin olun ki, onun yanında bir neçə göbələk də var. Güman edirəm ki, dəliklərin sayı 20-30-dur. Biz insanları qorxutmaq istəmirik, lakin bu, ciddi problemdir. Növbəti fəlakətin qarşısını almaq üçün bunun səbəbini tapmalıyıq".
Nura
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."