• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin əfsanəvi italyan aktrisasını həbs etdirdi

  • Maraqlı
  • 25 Fevral 2015 17:29
  • 2 463 Baxış
Putin əfsanəvi italyan aktrisasını həbs etdirdi

İtaliyalı aktrisa Ornella Muti yeddi ay həbs cəzası alıb. O, eyni zamanda 600 avro cərimə olunacaq. Buna səbəb onun Pordenon şəhərindəki Verdi teatrında oynamalı olduğu tamaşada iştirak etməməsidir.

Publika.az xəbər verir ki, tamaşadakı rolunu ifa etmək əvəzinə aktrisa Sankt Peterburqda həmin vaxt Rusiyada baş nazir postunu tutan Putin və amerikalı aktyor Kevin Kostnerlə şam edibmiş.


Söhbət 2010-cu ildən gedir. Mutinin şam yeməyində iştirakını sübut edən videoyazı da var. Amma teatra getməməsini aktrisa xəstəliyi ilə bağlayıb. Səhnə əsərində ifa etməli olduğu rola görə 25 min avro qonorar alan Muti iş yerinə həmin tarix üçün tibbi arayış da təqdim edib. Arayışda onun larinqo-faringitdən əziyyət çəkdiyi göstərilibmiş.

Teatr administrasiyası aktrisanı saxta arayış təqdim etməkdə suşlayaraq, onu məhkəməyə verib. Amma aktrisa 30 min avro ödəməklə azadlıqda qala da bilərdi.
Bununla belə, məhkəmə onun barəsində çox sərt qərar çıxarıb.

Qeyd edək ki, Muti həmkarları Jerar Depardye, Mikki Rurk, Qoldi Houn, Vensan Kassel, Monika Beluççi, Şeron Stoun və başqa məşhurlarla birgə 2010-cu ildə Rusiyada onkoloji və oftalmoloji uşaq xəstəlikləri ilə mübarizəyə həsr olunan tədbirlərdə iştirak edib. Sonra isə ölkə rəhbəri onlara ziyafət verib.


Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR