• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Son dövrlərin izah olunmaz hadisələri – FOTOLAR

  • Maraqlı
  • 4 Mart 2015 15:50
  • 1 173 Baxış
Son dövrlərin izah olunmaz hadisələri – FOTOLAR

Qədim dövrlərdən bugünədək elm qəribə hadisələrin izahatını axtarıb. Lakin bəzən elə hadisələr baş verir ki, onu heç cür izah etmək olmur.

Publika.az son onillikdə baş verən fenomenal hadisələri təqdim edir.

İnsanabənzər uçan məxluq

2013-cü ildə Çilidə yaşayan kişi hüquq mühafizə orqanlarına şəhər parklarının birində ağacların arası ilə uçan qəribə bir məxluq haqqında məlumat verdi. O, bu qəribə məxluqu Betmen və Drakulanın hibridinə bənzədirdi: məxluqun uçan siçandakı kimi qanadları, dimdiyi, iti dişləri, qorxulu caynaqları və quyruğu vardı. Verilən xəbərin doğru olub-olmaması açıqlanmadı.

5 yaşlı uşaq keçmiş həyatını xatırlayıb

Lük Ruelmanın 5 yaşı var. O, Ohayo ştatında yaşayır və dünyaya ikinci dəfə gəldiyini iddia edir. Keçmişini xatırlayan uşağın sözlərinə görə, o, həlak olan 30 yaşlı Pem adlı qadındır. Oğlan keçmiş həyatından elə inandırıcı danışır ki, anası Pemin kimliyini araşdırmağa başlayıb. Məlum olub ki, Pem adlı qadın həqiqətən mövcud imiş və o, yanğın vaxtı həlak olub. Uşaq isə Pemin başına gələn hadisələri olduğu kimi təsvir edib. 5 yaşlı uşağın irəli sürdüyü iddialarla Pemin real həyatı arasında çox oxşarlıq tapılıb.

Öz-özünə alışıb-yanan körpə

Hindistanın Çennai xəstəxanasına azyaşlı körpə gətirildi. Həkimlər ona kömək etməkdə aciz idilər. Belə ki, yenicə doğulan körpə bədəninin yanmasından əziyyət çəkir. Anasının sözlərinə görə, körpə hələ 9 günlük olarkən bədəni yanıb. Hamı uşağın anası tərəfindən yandırıldığını düşünüb. Lakin Rahul adlı körpənin bədəni heç bir səbəb olmadan 3 dəfə alışıb-yanıb. O, birinci və ikinci dərəcəli yanıq zədələri alıb. Uşağın alovlanmasının səbəbləri hələ də tapılmayıb.

Marsda insan kölgəsi

Mars planeti ilə bağlı olan qəribə bir xəbər internetdə ildırım sürətilə yayıldı. Qırmızı planetin fotolarını çəkən aparatın yanında insan kölgəsi görünmüşdü. Hətta ufoloqlar da bu fotoya baxaraq, kölgəni belində çanta olan insana bənzədiblər. Bir çoxları kölgəni humanoidə və ya Marsda olan kosmonavta məxsus olduğunu güman edir. Bu versiyanın əleyhinə çıxanlar isə kölgənin elə aparatın özünə məxsus olduğunu iddia edir.

Panamanın qəribə buludları

Panamanın Panama-Siti-Biç şəhərində nadir qar tufanından sonra qəribə buludlar formalaşdı. Buludlar sanki şəhərə "hücum edən" daşqına bənzəyirdi. Buludların təsviri hətta dünya mediasında da marağa səbəb oldu.

Kosta-Rika səmasında qəribə səslər

2010-ci ildə Kosta-Rika sakinləri səmadan gələn qəribə səsdən yuxudan oyandı. İnsanlar dünyanın sonunu xatırladan səsdən qorxuya düşdülər. Bəziləri isə qorxudan hüquq mühafizə orqanlarına da müraciət etdi.

Aclıq və susuzluq hissindən məhrum oğlan

London Cons adlı 12 yaşlı oğlan nə aclığı, nə də susuzluğu hiss edir. Heç həkimlər də onun vəziyyətini izah edə bilmirlər. ABŞ-da yaşayan oğlan 2013-cü ildə qəribə hisslə yuxudan oyandı. O, başgicəllənmədən və sinəsindəki ağrılardan şikayət edirdi. Rentgen onun sol ağciyərində infeksiya aşkar etdi və infeksiya tezliklə aradan qaldırıldı. Lakin bundan sonra oğlan fiziki cəhətdən yemək və içmək arzusundan da məhrum oldu. Nəticədə, oğlan arıqladı. İndi valideynləri vaxtaşırı ona yemək-içmək vaxtını xatırladırlar.

Ölü balıqlar

2012-ci ildə Norveç sahillərini minlərlə ölü siyənək balıqları örtdü, daha sonra isə onlar yoxa çıxdı. Sahili basan ölü balıqların sayı məlum deyil. Onları saymağa başlayarkən, ölü siyənək balıqları qəribə surətdə bir gecəyə yoxa çıxdı. Bu hadisənin necə baş verməsi hələ də izah olunmayıb.

Ölü quş yağışı

2010-cu ildə Arkanzas sakinləri qəribə bir hadisə ilə üzləşdi. Yeni ilin ilk günündə göydən 5 mindən çox ölü quş yağdı.

"Harbor Mille" hadisəsi

Bu hadisə 2010-cu il yanvarın 25-də baş verib. Kanadanın Harbor Mille şəhəri üzərində 3 uçan naməlum obyekt görünüb. Naməlum obyektlər raketə bənzəyirdi, lakin onlar səssiz uçurdu. Yerli sakinlərdən biri obyektlərdən birinin şəklini çəkə bildi.

Başına dəyən zərbədən sonra alim olan kişi

Deyilənə görə, başa dəyən zərbə hüceyrələri məhv edir və texniki cəhətdən insanı ağılsız edir. Lakin bu kəlmələr Ceyson Pedcettə aid deyil. Belə ki, üzərinə yumruqla hücum çəkən adam onun başına zərbə endirdikdən sonra 31 yaşlı Ceyson riyaziyyat üzrə alim olub. Vaxtilə isə Pedcet kollecdən qovulmuşdu. O, heç zaman riyaziyyat sahəsində nailiyyət əldə etməmişdi. Bu zərbədən sonra izahedilməz xəstəlik hesab olunan "savanta sindromu" sayəsində Ceyson dahi riyaziyyatçıya çevrilib.

Qaraciyər köçürməsindən sonra dəyişən qan qrupu

15 yaşlı Demi-Li Brennan qaraciyər köçürülmə əməliyyatı keçirəndən sonra onun qan qrupu da dəyişdi. Əməliyyata qədər onun qanı mənfi rezuslu 1-ci qan qrupu idi. Əməliyyatdan sonra isə müsbət rezuslu 1-ci qan qrupu oldu.

Xəzər dənizində qəribə varlığın sümükləri

2012-ci ildə Xəzərin Dağıstan sahillərində naməlum varlığın sümükləri tapılıb. İlk baxışdan skelet məməli heyvana, daha çox bəbirə bənzəyib. Lakin onun uzun saçları vardı. Bu isə onu göstərir ki, Xəzər dənizində hələ də tarixə qədərki məxluqlar yaşayır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR