Bilgi.az
“Ən yaxşı dost”a – qarğalardan hədiyyə alan qız - FOTO
Balaca qızlar çox zaman bilərzik və digər əşyalarını öz yaxın rəfiqələri ilə bölüşürlər. Lakin ABŞ-ın Sietl şəhərindən olan Qabi Mana hədiyyələrini nə anasından, nə də rəfiqələrindən alır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, evinin həyətində yemlədiyi qarğalardan hər zaman kiçik bir hədiyyə alır.
Qabi kiçik yoldaşlarını yer fındığıya qonaq edərək, əvəzində 70-dən çox muncuq, düymə və dəmir hissələri alıb.
Maraqlısı isə odur ki, Qabiyə verilən hədiyyələr arasında üzərində "ən yaxşı dost" sözləri yazılan kulona da rast gəlmək olar.
Bundan əlavə, Qabi qarğaların ona gətirdiyi mirvari rəngli ürəyi ən böyük hədiyyə hesab edir. O deyib: "Bu, qarğaların məni nə qədər çox sevdiyini göstərir. Onlar mənə ağlınıza belə gətirməyəcəyiniz hədiyyələr gətirir. Çox vaxt qarğaları çirkin quşlar kimi qəbul edirik. Lakin bu, heç də belə deyil".
Səkkiz yaşlı qızın qarğalarla dostluğu hələ 2011-ci ildən başlayıb. Onun 4 yaşı olarkən təsadüfən əlindəki çörəyi yerə salıb. Onlarla qarğa yerə düşən çörəyə hücum çəkməyə başlayıb. Bundan sonra Qabi dərsə gedəndə özü ilə götürdüyü qida hissələrini yerə səpələməyə başlayıb. Hətta bəzən Qabi məktəb avtobusundan düşənədək qarğalar cərgəyə düzülüb onun yolunu gözləyir.
İki il ərzində Qabi və anası hər gün evin həyətində quşlar üçün su və yer fındığı qoymağa başlayıb. Telefon məftillərinin üstündə oturan qarğalar Qabini görən kimi evin həyətinə uçub gəlir. Əvəzində isə qarğalar dimdiklərində sınmış lampa şüşəsi, sırğa, cilalanmış daş gətirir.
Qabi ona verilən bütün hədiyyələri özündə qoruyub saxlayır. Mütəxəssislərin fikrincə, qarğalarda onlara yem verən insanlarla bağlılıq yaradır. Əksinə, onlara daş atıb öldürməyə cəhd etdikdə isə qarğa kütləsi həftələrlə insanlara hücum çəkir.
Qabi qarğalarla baş verən maraqlı bir hadisəni də bölüşüb. Belə ki, günlərin birində qız məktəbdən evə gedərkən fotoaparatının linzasını qoruyan qapağı itirib. O, geriyə dönərək linza qoruyucusunu axtarmağa başlayıb, lakin tapmayıb. Qabi evə əliboş qayıtmalı olub və itirdiyi qapağı qarğaları yemlədiyi qabın yanında tapıb.
Nura
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."