• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

12 il sonra komadan çıxdı və söylədikləri şok etdi

  • Maraqlı
  • 21 Mart 2015 06:19
  • 1 227 Baxış
12 il sonra komadan çıxdı və söylədikləri şok etdi

Tam 12 il boyunca komada qalan və oyandıqdan sonra "Ümid edirəm ki, ölərsən demək də daxil hər şeyi eşitdim, ana", - deyən uşağın hekayəsi şok edir.

Martin Pistorius Cənubi Afrikada böyüyən olduqca adi bir uşaq idi. 12 yaşında sirli xəstəliyin baş verməsi ilə həyatı dəyişməyə başlayıb. Öncə boğaz ağrısı ilə başlayan xəstəlik daim yatması və ən sonunda hərəkət qabiliyyətini tamamilə itirməsi ilə özünü göstərib.

Həkimlər onun bir növ menenjitə yoluxduğuna inanırdı. Ona kömək etməyəcəklərini deyəndən sonra Martini evə göndərirlər. Ailəsi onun hər anında yanında idi. Hamam və yemək yemək kimi sadə işlərini həyata keçirməyən Martini yataq yarası əmələ gəlməsin deyə hər 2 saatdan bir çevirmələri lazım idi.

Gündüzlər reabilitasiyaya gedən Martin 2 il sonra şüurunu bərpa etməyə başlayır. 16 yaşına gələndə durumundan xəbərdardı, ancaq yenə də hərəkət etmirdi. Onun danışa bilməsi üçün 10 il daha keçməsi lazım gələcəkdi. Özünə gəldikdən sonra baxıcıları ilə bağlı dedikləri isə qanınızı donduracaq: "Qorxuncdur. Ailəm başıma gələnləri öyrənəndə şok olmuşdu. Baxım evindəki insanlar saçımı çəkir, metal qaşıqla dişimə vurur və kaşı ağzıma yerləşdirməyə çalışırdılar. Mənə davamlı qışqırır və hirslənirdilər. Ağlayanda isə daha pis davranırdılar. Baxıcı qadınlardan birinin cinsi istismarına da məruz qalmışdım. Qaldığım otağa gəlib mənimlə əlaqəyə girməyə çalışır və cinsi orqanıma toxunurdu. Hər saniyə qaçacağam günü gözlədim".

O, həyatındakı ən pis anların isə anasının otağına gələndə qulağına "Ümid edirəm ki, ölərsən", - dediyi zaman olduğunu bildirib.

Yaşadıqlarından xilas olmaq üçün fikirlərini izah etməyə çalışan Martin bunun sayəsində tərəqqi qeyd etməyə başlayıb və 2011-ci ildə 25 yaşında terapisti onun ünsiyyət qurmağa çalışdığını fərq etmişdi.

modern.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR