• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bürclərə görə anaların xüsusiyyəti

  • Maraqlı
  • 14 May 2015 11:45
  • 1 909 Baxış
Bürclərə görə anaların xüsusiyyəti

Anaların uşaqlarına duyduğu sevgi qarşılıqsız sevginin yeganə nümunəsidir. Hər bir ana uşağı üçün ən yaxşısını istəyir. Amma anaların uşaqlarına verdiyi tərbiyə üsulları fərqlidir. Bu məsələdə bürclərin də rolu var. Publika.az bürclərə görə anaların xasiyyətini təqdim edir:

Qoç bürcü: Uşaqla uşaq olan, yaradıcı bir anadır. Cəza vermək istəsə də, hirsi tez soyuyur. Qoç bürcündən olan analar övladlarına ilk növbədə cəsarətli olmağı öyrədirlər. Həyatın çətinlikləri və hər cür maneələri qarşısında iradəli olmağı, uşaqlarına ürəkli olmağı, heç bir şeydən qorxmamağı, həm də gücdən istifadə etməyi öyrədirlər. Qoç bürcünün anaları uşaqlarına istedadlarından istifadə etmək üçün şərait yaradırlar. Onlar övladlarını hər şeyin ən yaxşısı ilə təmin edir, həyatını ən yaxşı şəkildə qurmasına çalışırlar.

Onlar övladlarının azadlığını məhdudlaşdırmadan izləyir və nələr baş verdiyini kənardan müşahidə edərək özünü lazımi yerdə göstərməyə üstünlük verirlər. Övladlarını səhv seçimlərinə görə qınamırlar, ədalətli şəkildə mühakimə edir və səbəblərini öyrənməyə çalışırlar. Onların yeganə arzusu övladının ürəkli və dürüst olmasıdır.

Buğa bürcü: Uşaqları böyüdükcə yarıciddi, yarıdost olsa da, bu analar şəfqətli və qoruyucudur. Buğa bürcündən olan analar övladlarını hər çətin vəziyyətdə sakitləşdirməyi bacarır, ailədə sakitliyi və rahatlığı qoruyurlar. Daxili inamın nə qədər əhəmiyyətli olduğunu övladlarına aşılamağa çalışırlar. Uşaqlarının təhlükəsizliyini təmin etmək üçün əlindən gələn hər şeyi edirlər. Uşaqlarının gələcəyi naminə onları maddi və mənəvi hər şeylə təmin etməyə çalışırlar.

Övladlarının hər işi ilə maraqlansa da, işinə qarışmamağı və müdaxilə etməməyə üstünlük verirlər. Pulunuzu çox xərclədiyiniz və yaxud səhv addımlar atdıqda baş verənlərə sakit reaksiya göstərirlər. Eyni zamanda, sakit şəkildə doğru yolu göstərirlər. Onların yeganə arzusu uşaqlarını özünəinamlı böyütməkdir.

Əkizlər bürcü: Onun üçün uşaqları çox önəmlidir. Əkizlər bürcündən olan analar uşaqları ilə yaxşı ünsiyyət qururlar. Uşaqları hər məsələdə anaları ilə məsləhətləşir. Bu, Əkizlər bürcündən olan anaların xoşuna gəlir.

Onlar uşaqlarının dünyanı görməsini, ölkələri gəzməsini və hər şeyin ən yaxşısını yaşamasını istəyirlər. Uşaqlarının təhsil həyatında son dərəcə uğurlu olması üçün ən yaxşı məktəblərə yollayırlar. Dil öyrənmək məsələsinə xüsusi əhəmiyyət verirlər. Sirrini onunla bölüşməyi, nəsə baş verdikdə birlikdə çıxış yolu tapmağı öyrədirlər. Yeni fikirlərə açıq olduğu üçün mühafizəkar analardan deyillər. Övladının ənənəvi qaydalardan daha çox dövrün tələb etdiyi bütün yeniliklərdən istifadə etməsi üçün əlindən gələni edərlər.

Xərçəng bürcü: Fədakar anadır. Uşaqları üçün dəridən-qabıqdan çıxar, həm də güvənilcək bir sığınacaqdır. Xərçəng bürcündən olan analar uşaqlarına qarşı inanılmaz dərəcədə qayğıkeş olurlar. Amma bəzən həssas və emosional rəftar edirlər. Uşaqlarının həyatına düzgün istiqamət verməyə çalışırlar. Bundan başqa, zehnini inkişaf etdirmək üçün təzyiq göstərərək dəstək olmağa çalışır.

Onun ən əhəmiyyətli xüsusiyyəti duyğusal olmasıdır. Onu nə qədər çox sevdiyinizi eşitmək, bilmək və hiss etmək istəyirlər. O da eyni şəkildə sizə olan sevgisindən tez-tez bəhs edir. Həyatın hər gözəlliyini hiss etməyiniz üçün uşaqlarına daim dəstək olur. Uşaqlarına aid xüsusi guşə düzəldirlər. Onlar övladlarının sağlam və ailədə əmin-amanlıq şəraitində xoşbəxt olması üçün çalışırlar.

Şir bürcü: Uşaqlarına görə öz həyatını yaşamaqdan heç vaxt vaz keçməzlər. Həyatını iş və uşaq prinsipi əsasında qurarlar. Şir bürcünün anaları üçün uşaqlarının hamıdan birinci olması, hər kəsdən fərqlənməsi, cəmiyyətdə bəyənilmiş, seçilmiş və ön planda olan adam olması çox əhəmiyyətlidir. O lider ruhlu qadın olduğu üçün balasının da hər yerdə parıldamasını arzulayır. Karyerada yüksəlmək üçün uşaqlarına hər cür dəstəyi göstərirlər. Bunlarla yanaşı, uşaqlarının özünü inkişaf etdirməsi üçün çox çalışırlar.

Uşaqları ilə həyat haqqında bütün məlumatları və öz təcrübələrini bölüşürlər. Şir bürcünün anaları üçün həm məktəbdə, həm universitetdə, həm həyatda sayılıb-seçilən bir şəxsiyyət olmaq qədər qürurverici başqa bir şey ola bilməz. Həyatın gözəlliklərini və bütün nemətlərini dadmaq üçün çox çalışmağı tələb edirlər.

Qız bürcü: Çox erkən yaşlarda uşaq sahibi olmazlar, amma ana olduğu zaman ciddi və intizamlı olurlar. Uşaqları ona güvənir və onları sevdiyini bilir. Qız bürüncündən olan analar üçün uşaqlarının saf və təmiz hisslər ağuşunda böyüməsi çox mühümdür. Onlar uşaqlarını hər zaman səliqəli, səbirli və işgüzar görmək istəyirlər. Qız bürcləri son dərəcə vasvası olduğu üçün uşaqlarından da təmizkar olmağı tələb edirlər. Uşaqlarının dolaşıq və gizli işlərə baş qoşmasını dərhal hiss edirlər.

Övladlarının qarşısına qoyduğu məqsədə çatmaq üçün onlardan dəstəklərini əsirgəmirlər, hətta bir nöqtəyə gələnə qədər də rahat olmurlar.

Tərəzi bürcü: Onun üçün uşaqları həyat yoldaşından sonra gəlir, amma çox sevimli və şəfqətli bir anadır. Lazım olanda isə sərtdir. Uşaqları həyat yoldaşının sözünə baxmayanda çox hirslənirlər. Tərəzi bürcündən olan analar üçün ailədə əmin-amanlıq və sevgi mühitinin olması çox əhəmiyyətlidir. Sakit mühitdə yaşamaqdan xoşu gələn bu aparıcı qadın tipləri üçün uşaqlarının sakitliyini təmin etmək əsasdır. Uşaqlara məntiqli və ədalətli olmağı öyrədirlər. Həyatın çətinlikləri qarşısında nə olursa olsun, sakitliyi mühafizə edir və uşaqlarının hər problemini həll edir.

Siz kədərlənəndə problemin öhdəsindən gəlmək üçün düzgün yol göstərirlər. Uşaqları ilə birlikdə öyrənməkdən və gəzməkdən böyük zövq alırlar. Olduğu hər yeri dəyişdirməyə və gözəlləşdirməyə çalışır. Uşaqlarına qarşı çox diqqətlidirlər, onları tez-tez hədiyyələrlə sevindirirlər. Uşaqları öz istəklərini həyata keçirsə də, anası ilə məsləhətləşməyi xoşlayırlar. Uşaqlarının rahat həyatının olmasını və ayaqları üstündə görməyi arzulayırlar.

Əqrəb bürcü: Uşaqlarını sevsə də, sevgisini ifadə etməyə və göstərməyə bilər. Uşaqlarının yüksək hədəflərinin olmasını istəyirlər, amma onların qüsursuz olmasını istəyirlər. Əqrəb bürcünün anaları üçün uşaqlarının harada olması çox önəmlidir. Uşaqlarının gələcəyinin yaxşı təhsildən asılı olduğunu düşünürlər.

Hissləri son dərəcə güclü olduğundan uşaqlarının hərəkətlərindən hansı işin sonunun nə ilə bitəcəyini çox yaxşı bilirlər. Əgər övladının səhv addım atdığını anlasa, dərhal müdaxilə edir və uşağı idarə edir. Hər dəqiqəni sanki son dəqiqə kimi yaşamağı sevdiyindən uşaqlarının daim şən olması üçün əlindən gələni edirlər.

Oxatan bürcü: Uşaqları ilə çox yaxşı dostdur. Uşaqlarını özü kimi pozitiv ruhda böyüdürlər. Oxatan analarının uşaqları çox aktiv olur. Dünyanı gəzən, səyahətlərə meylli, bir neçə xarici dil bilən, macəraçı insanlar olurlar. Bu isti, müsbət enerjili qadınlar uşaqlarının inkişafı üçün çox çalışırlar.

Onlar uşaqlarının daim yeni biliklər əldə etməsindən və bilik ehtiyatını inkişaf etdirməkdən böyük zövq alırlar. Sevgisini hədsiz göstərməkdən xoşu gəlir və qarşılığını gözləyirlər. Uşaqlarının sərbəstliyinə, müstəqilliyinə mane olmurlar.

Oğlaq bürcləri: Uşaqları ilə çox maraqlanırlar. Bundan başqa, uşaqlarının sərbəstliyinə çox qarışırlar. Oğlaq anaları üçün də uşaqlarının ictimai həyatda uğur və status qazanması çox mühümdür. Uşaqları kiçik yaşlardan etibarən həyata hazırlayır və həyatın çətinliklərinə öyrətməyə çalışırlar. Onlar duyğusal deyil, uşaqlarına qarşı ciddi olurlar.

Uşaqlarının həddindən artıq həssas olması, ən xırda bir çətinlikdə qorxması və hər şeydə təşvişə düşməsini heç xoşalmırlar. Uşaqları ilə öz həyat təcrübələrini bölüşürlər, ancaq səhvlərdən də məntiqli nəticə çırxartmağı da öyrədirlər.

Amma uşaqları uğurlu ola bilməyəndə, yaxud tənbəl olanda baş verənlərə duyğusal tərəfdən baxıb dəstək olmurlar. Bu zaman uşaqlarına etdiklərinin nəticələrinə dözmək lazım gəldiyini deyirlər. Oğlaq bürcündən olan analar uşaqlarını iddialı və prinsipləri olan insan kimi görmək istəyirlər.

Dolça bürcü: Dolça bürcündən olan analar övladları ilə hələ uşaqlıqdan dostluq əlaqələri qurmağa çalışırlar. Sərbəstliyinə düşkün olan Dolçalar uşaqlarını da mümkün qədər sərbəst böyütməyə çalışırlar. Uşaqlarının müstəqilliyinə hörmətlə yanaşırlar. Dolça bürcünün anaları uşaqlarının qoyduğu məqsədə doğru irəliləməsi üçün əlindən gələni edirlər.

Onlar uşaqlarının həmişə ön sıralarda yer almasından böyük zövq alırlar. Dolça bürcləri övladları ilə ana-bala deyil, dost münasibətlərində olurlar. Lakin nə qədər yoldaşcasına yanaşsa da, bir ana olduğunu heç zaman unutmur. Lazım olduqda övladını cəzalandırır. Eyni zamanda, uşaqlarına kömək edən, əyləncəli insanlardır.

Balıqlar bürcü: Uşaq vaxtlarında özlərinin məhrum qaldığı hər bir şeyə onların sahib olmasını istəyirlər. Həddən artıq mülayim olması nizam-intizam qurmasına mane ola bilər.

Balıqlar bürcünün anaları üçün uşaqların həyatlarının şən və firavan keçməsi çox əhəmiyyətlidir. Son dərəcə fədakar ana olduğu üçün uşaqların tələbləri və ehtiyacları öz istəklərindən öndə gəlir. Hədsiz həssas insan olan Balıqlar uşaqlarının hər problemini, hətta böyüdükdən sonra da özləri həll etməyə çalışırlar. Uşaqlarının mövqeyi, qərarları onlar üçün çörək və su kimidir. Nə olursa olsun, uşaqlarının arxasında olurlar. Övladı səhv olsa belə, müdafiə edirlər. Ən xırda problem olduqda hədsiz dərəcədə kədərlənir və qollarını çırmalayıb problemi həll etməyə çalışırlar.

Bütün analar kimi Balıqlar da sevgi doludur, hisslərini hədsiz dərəcədə göstərməkdən xoşları gəlir. Uşaqlarının xoşbəxtliyi naminə hər şeydən imtina edə və onlar üçün etməyəcəyi şey yoxdur. Balıqlar susuz yaşaya bilmədiyi kimi, bu bürcdən olan analar da övladları olmadan yaşaya bilməzlər.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR