• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gedər-gəlməz: planetin ən qorxulu yerləri - FOTO

  • Maraqlı
  • 19 İyun 2015 22:10
  • 1 834 Baxış
Gedər-gəlməz: planetin ən qorxulu yerləri - FOTO

Planetimizdə Bermud üçbucağına bənzər sirli yerlər kifayət qədərdir. Lakin onların mövcudluğu haqda çox az adam məlumatlıdır.

Publika.az yaşadığımız planetin ən sirli yerlərini təqdim edir.

Braziliya maqnit anomaliyası

Kosmosda Bermud üçbucağına oxşar Braziliya maqnit anomaliyası mövcuddur. Anomaliya sahəsi Braziliya sahillərini əhatə edir. Məhz bu ərazidə kosmik gəmilər və peyklərdə problem yaranır. Anomaliya sahəsi indiyədək tam araşdırılmayıb.

Şeytan dənizi

Şeytan dənizi Sakit okeanda yerləşən və bir növ Bermud üçbucağına bənzər sahədir. Məhz burada gəmilərin itməsi, naməlum alov və obyektlər görünməsi kimi hallar baş verir. Yaponiya sahillərində yerləşən ərazidən elə Yaponiya hökuməti də ehtiyat edir və həmin ərazidə balıqçılıqla məşğul olmağa qadağan edib/ Deyilənlərə görə, Yaponiya hökuməti tədqiqat aparmaq üçün 1952-ci ildə Şeytan dənizinə ekspedisiya göndərib. Amma nə gəmi, nə də 31 nəfrdən ibarət ekipaj üzvü geri dönüb. Onların yoxa çıxması indiyədək məlum deyil.

Miçiqan üçbucağı

Miçiqan üçbucağı da kainatın sirrli ərazilərindən biridir. Məsələn, 1937-ci ildə "Makfarland" yük gəmisi Pensilvaniyadan Viskonsin ştatına yan almışdı. Kapitan gəminin idarəetməsini köməkçisinə tapşıraraq dincəlmək üçün kayuta gedib. Kapitan köməkçisinə 1 saatdan sonra onu oyatmağı tapşırıb. Lakin köməkçi kapitanın otağına daxil olarkən onu yerində tapmayıb. Bütün gəmini axtarsalar da, Kapitanı tapılmayıb. O, sanki qeybə çəkilib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR