Paranormal
Belə yatsanız, yuxuda daha çox KABUS GÖRƏCƏKSİNİZ
Sol böyrü üstə yatan insanlarda kabus görmə riski daha yüksəkdir.
Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, bu, bu vəziyyətdə ürəyə artan stress ilə bağlı ola bilər.
“Sleep and Hypnosis” jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, sol tərəfdə yatan insanların 41%-i kabuslar görür. Sağ böyrü üstə yatmağa üstünlük verənlərin cəmi 15%-i kabus görür.
Sol tərəfdə yatan insanların ürəyinə daha çox iş yükü düşürş Buna görə gərgin yuxu görmə çox baş verir.
2018-ci ildə aparılan bir araşdırma (BioMedical Engineering OnLine jurnalında dərc olunub) bu duruşun stress üçün xarakterik olan ürək fəaliyyəti ilə əlaqəli olduğunu müəyyən edib. Ürək xəstəliyi olmayan insanlarda ciddi problemlər yaratması ehtimalı azdır, lakin yuxu zamanı narahatlıq hissi xoşagəlməz yuxulara səbəb ola bilər.
Xüsusilə obstruktiv yuxu apnesi olan insanlarda arxa üstə yatmaq da xoşagəlməz yuxulara səbəb ola bilər. Bu vəziyyət tez-tez xoruldama və tənəffüs tutulması ilə müşayiət olunur. Arxa üstə uzanmaq simptomları pisləşdirir və tez-tez oyanmalara, narahat yuxular və kabuslar görməyə səbəb ola bilər.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































