Pilotsuz avtobuslar istifadəyə verildi - ESTONİYADA
Bizi izləyin

Avto

Pilotsuz avtobuslar istifadəyə verildi - ESTONİYADA

Estoniyanın Avropa İttifaqı Şurasına sədrliyi proqramının pilot layihəsi çərçivəsində Tallində pilotsuz avtobuslar sərnişin daşınmasına başlayıb.

Publika.az ""RİA Novosti"yə istinadən xəbər verir ki, səkkiz nəfər tutumu olan iki avtobus sərnişinləri Viru meydanından "Mədəniyyət qazanı" yaradıcılıq mərkəzinə qədər olan marşrut üzrə pulsuz daşıyacaq.

Hər bir avtobusda sərnişinləri yeni texnologiya ilə tanış edəcək müşayiətçi işləyir.

Pilot layihə avqustun sonunadək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm