Məhəmməd Əlini boksçu edən velosiped oğurlandı
Bizi izləyin

Maraq dünyası

Məhəmməd Əlini boksçu edən velosiped oğurlandı

Məhəmməd Əlinin boksçu olmasına səbəb olan velosiped ABŞ-da oğurlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda velosipedin saxlanıldığı Spoldinq Universitetinin "Twitter" səhifəsində bildirilib.

Məlumata görə, Məhəmməd Əlinin boksçu olması birbaşa onun velosipedinin oğurlanması ilə bağlıdır. Kassius Marsellus Kley (Məhəmməd Əlinin əsl adı –red.) 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir.

Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir və ona boksla məşğul olmağı məsləhət görür. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə, boksla məşğul olmağa başlayan Kley bir neçe ay ərzində artıq ştatlararası keçirilən məşhur "Qızıl Əlcək" turnirinin qalibi olur.

O, peşəkar karyerası ərzində 61 döyüş keçirib, onlardan 56-da qələbə qazanıb. 2016-cı ilin iyununda həyatını itirən Məhəmməd Əli 1999-cu ildə "Əsrin idmançısı" titulu alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm