Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO
Bizi izləyin

Maraq dünyası

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO

XX əsrin retro şəkillərinə baxsaq, orada yalnız bir gözəl qızın rəsmini görərik. Bu, aktrisa və müğənni Lili Elsindir. Tez-tez sənətindəki fasilələr, uğursuz evlilik onun XX əsrin ən çox şəkil çəkdirən qızı olmasına mane yaratmadı.

Publika.az Lili Elsin haqqında yazını təqdim edir:

Aktrisa 1886-cı ildə dərzi ailəsində doğulub. İtedadını çox tez özündə aşkarlayan Lili artıq kiçik yaşlarından musiqili teatrda uşaq rollarını ifa etməyə başlayır. Gəlincik üzünə və utancaqlığına görə qızı “Balaca Elsi” adlandırırdılar. Bir müddət sonra səhnə əsl adı Elsi Holder olan bu qızı Lili Elsiyə (təxəllüsü) çevirir.

Cazibəsi və gözəlliyinin olmasına baxmayaraq, Elsi çox utancaq idi. Ona görə də Corc Edvars aktrisaya yeni obraz tapmaq üçün onu məşhur modelyer Lyüsi ilə tanış edir.

Aktrisa məşhurluğu 1907-ci ildə “Şən dul” operettasını oynayandan sonra qazanır. Baş döndərən məşhurluq aktrisanı o dövrün ən çox fotosu çəkilən xanımı edir. Onun şəkilləri olan açıqcalar Avropada sürətli şəkildə yayılmağa başlayır.

Bir dəfə Britaniya parlamentinin üzvü Baverli Bakster Birinci Dünya müharibəsi mövzusuna toxunan zaman belə söyləyir: “Cəbhədə hər bir əsgərdə Lili Elsinin şəkli olan açıqca var. Məhz onların ölümqabağı gördükləri son Lilidir”.

1911-ci ildə Lili Elsi tekstil maqnatı Con Yan Ballohaya ərə gedir. Çox keçmədən Lili xəstələnir və tamaşalarda oynamaqdan imtina edir. Lakin 1916-cı ildə səhnəyə qayıdır və yenidən böyük uğurlara imza atır. Ancaq aktrisa yenə teatrı ataraq, kəndə yollanır və orada 10 il yaşayır. Lili evlilik həyatında istədiyi xoşbəxtliyi tapa bilmir. Övladlarının olmaması onların onsuz da çətin vəziyyətini daha da ağırlaşdırır və 1930-cu ildə boşanırlar.

Ayrılıqdan sonra Lilinin sağlamlığı pisləşir və depressiyaya düşür. Aktrisanın sonrakı həyatı sanatoriyalarda və qocalar evində keçir. Aktrisa hətta əhatəsində onu tanımayan insanların olmasına belə sevinirdi. Lili Elsi 1962-ci ildə 76 yaşında tək-tənha vəfat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm