Məktəblilərə verilən ƏN QƏDDAR CƏZALAR - İNANILMAZ (FOTO)
Bizi izləyin

Maraq dünyası

Məktəblilərə verilən ƏN QƏDDAR CƏZALAR - İNANILMAZ (FOTO)

Dünyanın müxtəlif ölkələrində məktəblilərə fərqli cəzalar tətbiq olunur.

Dünyanın müxtəlif ölkələrində məktəblilərə fərqli cəzalar tətbiq olunur.

Publika.az məhz bu mövzunu araşdırdı:

Pakistan

Burada şagirdin 2 dəqiqəlik gecikməsinə görə 8 saat “Quran” oxumalıdır. Deyilənə görə, sərt cəza həm müəllimlərə, həm də şagirdlərə tətbiq edilir.

Afrika

Afrikada adi uşaq dəcəllikləri belə ağır cəzalandırılır. Məsələn, Namibiyada nadinclik etmiş uşaq arı pətəyi olan ağacın altında bir neçə saat dayanmalıdır. Bu, xüsusən də məktəbdə oxumayan və arada oğlanlara baxmağa gələn qızlara aiddir.

Liberiya və Keniyada uşaqları şallaqla döyürlər. Myanmada (Çinin yanında balaca ölkədir) şagirdin dərsdə danışmağına, tənəffüs zamanı qaçmasına və ev tapşırıqlarında etdiyi səhvlərinə görə baldırlarına, biləklərinə və arxalarına sinfin ortasında qamçı vurulur. Daha ciddi səhvə görə məktəblini əlləri bağlı otuzduraraq “müəllim” uşağın qulağını çəkməyə başlayır.

Fransa

Məktəblilər valideynlərinə görə cəza ala bilər. Belə ki, uşağın arxasınca 2 dəfədən artıq gecikən valideyn üçün cərimə mövcuddur. Məktəbli isə valideynin bu hərəkətinə görə davranışından pis qiymət alır.

Almaniya

Burada şagirdlərə daha mülayim cəza verirlər. Əgər sən dərslərindən yetərincə xal yığmamısansa, o zaman məktəb səni yay tətilində 3 həftə dərslərə gəlməyə məcbur edir. Ödənişi isə təbii ki, valideynlikdir.

Koreya

Buradakı təhsil sistemi özündə iki növ cəza birləşdirir. İndividual və qrup şəklində.

Birinci cəza kiçik davranış xətaları, ev tapşırığı edilməyəndə və dərs zamanı özünü pis aparanda tətbiq edilir. Müəllim şagirdi bədəninin müxtəlif yerlərinə çubuqlar vurur. Müəllim deyir ki, bu cəzadan hələ ki, heç kəs şikayət etməyib. İkinci cəza isə bir nəfərin səhvini bütün sinif öz üzərinə götürəndə tətbiq olunur. Bütün sinif ayaq üstə əllərini yuxarı qaldıraraq bir-birinin əlindən tuturlar. Bir dərs boyu buna dözmək asan iş deyil.

Braziliya

Müəllimlərinin ən sərt cəzası tənəffüs zamanı futbol oynamağı qadağan etmək ola bilər.

Yaponiya

Yaponlar əvvəllər dərsi diqqətlə qulaq asmayan şagirdləri saatlarla başında kasa ilə dayanmağa məcbur edirdilər. İndi isə etdikləri bu cəzalara görə çox peşmandırlar və uşaqların inkişafı üçün onlara daha çox sərbəstlik verilməyin tərəfdarıdırlar.

Amerika

Burada dünyanın ən çətin təhsil sistemi mövcuddur. Məktəblilər üzərində ən sərt cəzalar Alabama, Corcinya və Arkanzas ştatlarında rast gəlinib. Belə ki, məhz Alabamada bir müddət öncə məktəbli ilə müəllim arasında baş vermiş hadisə dünyanı dəhşətə gətirdi. Yeddi yaşlı oğlanın anası Conatan Kertis müəllimin uşağını döyməsi iddiası ilə məhkəməyə baş vurur. Oğlanın dediyinə görə, aldığı zədələrə səbəb icazəsiz sinif otağına baxması olub. Ən dəhşətlisi isə odur ki, istintaq zamanı məktəbin direktoru müəllimənin haqlı saydığını dilə gətirib.

Bir çox hallarda ABŞ-da qonşu Kanada kimi ən ağır cəza məktəblinin dərsdən bir müddətlik uzaqlaşdırılmasıdır. Əgər şagirdi dərsdə özünü nadinc aparıbsa, bu zaman valideynləri uşağı psixoloqa apararaq mövcud situasiyanı səbəblərini öyrənməlidirlər.

Rusiya

Rusiyada əgər şagirdin valideyni gündəliyə qol çəkməyibsə, müəllim onu tənəffüsə çıxmağa qoymur.

Ukrayna

Burada da eyni vəziyyətdir. Bir məktəb direktoru isə fərqli üsula əl atıb. Belə ki, məktəbə forma ilə gəlməyən şagirdlərin şəkilləri elə qapıdaca çəkilərək, daha sonra onları “bıabırçılıq lövhəsi”ndə asırlar. Direktorun fikrincə, bu, hər kəsə nümunə olur.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm