• USD 1,7020 -0,01% EUR 1,9062 -0,37%
    • GBP 2,1922 -0,80% RUB 0,0300 -0,67%

Milyarder bu əsərə 110 milyon dollar verdi - FOTOLAR

Milyarder bu əsərə 110 milyon dollar verdi

Mərhum amerikalı rəssam Jan-Mişel Baskiyanın adsız əsəri Nyu-Yorkda keçirilmiş "Sotheby's" hərracında 110 milyon dollara satılıb.

Hərrac cəmi 10 dəqiqə davam edib.

Bu əsər Baskiyanın ən bahalı tablosu və 1980-ci ildən bəri satılan, qiyməti 100 milyon dollardan artıq olan ilk əsər olub.

Tablo yağlı, akril və aerozol boyaları ilə çəkilib. Bu əsəri yapon modelyer və milyarder Yusaku Maezava satın alıb. Ötən il Maezava mərhum Baskiyanın başqa bir tablosunu 55 milyon dollara almışdı.

Maezava rəssam Baskiyanın yaradıcılığına həsr olunmuş muzey yaratmaq niyyətindədir.

Dünən Maezava İnstagram-dakı profilində yazıb: "Bu əsər məni ruhlandırır və özümü minnətdar hiss etməyimə yardım edir".

1960-cı ildə Nyu-Yorkda doğulmuş qaradərili Jan-Mişel Baskiya neoekspressionizm janrında çalışıb. Cəmi 7 il yaradıcılıqla məşğul olmu Baskiya 1988-ci ildə şeroini kokainlə qarışdırıb qəbul edərək ölüb.

1982-cir ildə əfsanəvi Endi Uorholla tanış olmuş Jan-Mişel Baskiya sonradan onunla birgə bir sıra əsərlər yaratmışdı. (milli.az)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR