Maraq dünyası
Dünyanın ən isti bölgəsi - orada kimsə yaşamır
Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb. 1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.
Publika.az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən isti bölgəsi hazırda İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya "boşluq çölü" də deyilir. 2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.
Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR