Maraq dünyası
Kişiləri qadından soyudan 5 hərəkət
Kişi və qadın arasındakı münasibət çox mürəkkəb və məsuliyyətli işdir. Qarşılıqlı sevgi və hörməti qorumaq üçün daim əks cinsə güzəştə getməli, çatışmayan cəhətlərinə bəzən göz yummağı bacarmaq lazımdır. Bu yaxınlarda internet portallarının birində kişini qadından soyudan səbəblər haqda sual qoyuldu. Publika.az həmin müzakirənin nəticələrini təqdim edir.
1. İş münasibətləri
Qadın kifayət qədər dincələ bilməyib, çox vaxt yorğun gəzəndə tərəf müqabili ilə münasibət rəsmi iş əlaqələrini xatırladır. Sanki qadın öz kişisinə məcburi biznes münsibətləri ucbatından tab gətirir. Kişi əmin olmalıdır ki, yanındakı qadın onunla birgə olanda özünü rahat və sərbəst hiss edir.
2. Özünüzü ana kimi yox məşuqə kimi aparın
İntim münasibətlər yalnız yataq otağından ibarət deyil. Gün ərzində aranızda baş verənlər seksual həyatınıza da təsirsiz ötüşmür. Odur ki özünüzü günün hər saatı onun anası kimi aparmayın ki, sizə olan intim hisləri zəifləməsin.
3. Pis xəbərlərin qaynağı olmayın
Əgər bütün söhbətləriniz mənfi xəbərlərlə, işdə və küçədə baş vermiş neqativ hallarla başlayırsa birgə gələcəyiniz parlaq görünmür. Siz onun gözündə qadından çox daim deyinən qarıya döncəksiniz. Bu da münasibətlərinizi kökündən baltalayacaq.
4. Onunla qürür duyduğunuzu daim göstərin
Kişilər dəyərli olduqlarını anlayanda daha xoşbəxt olurlar. Onlar sevdikləri qadının gözündə qəhrəman olmağı sevirlər. Odur ki, tərəf müqabilinizi ən xırda yaxşılıqlarına görə qiymətləndirin. Sizin gözünüzdə adiləşdiyini hiss etdiyi an başqa qadınların axtarışına çıxa bilərlər.
5. Bir-birinizdən çox fərqlənirsinizsə
Bir neçə ay öncə sizə ruhən yaxın insanı indi tanımaqda çətinlik çəkirsiniz? Bigə heç bir mövzunu müzakirə edə bilmirsiniz? Bu halda bəzən hər iki tərəf münasibəti bitirmək qərarına gəlir. Odur ki, ayrılmaq istəmirsinizsə birgə zaman keçirməyə, ortaq maraqlar yaratmağa çalışın.
Leyla Sarabi
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO