Maraq dünyası
Versal sarayında Cuzeppe Penone ŞEDEVRLƏRİ
Dünyada turist marşrutları həmailinin əsl inciləri adlandırıla biləcək gözəl yerlər çoxdur. Lakin söhbət həqiqi gözəllikdən və təmtəraqdan, nümunəvi memarlıq incilərindən düşəndə, bir çoxlarının ağlına ilk olaraq fransız krallarının zərif əsəri olan Versal gəlir.
Publika.az bildirir ki, yaxın vaxtlarda Fransanı ziyarət etmək nəisibiniz olsa, təəccüblənəcəksiniz: Versal parkının mərkəzində italyan rəssamı Cuzeppe Penonun ilk baxışda Kral sarayının nəfis memarlıq üslubu ilə tamamilə həmahəng olmayan bənzərsiz installyasiyası ilə rastlaşacaqsınız.
Cuzeppe Penone təbiət materiallarına olan sevgisi ilə tanınmış məşhur heykəltəraşdır. Onun əsərlərinin əksəriyyəti daşdan və ağacdan hazırlanıb, o cümlədən publika.az saytının oxucularına daha əvvəl bəhs etdiyimiz məzəli odun-matryoşka. Cuzeppenin taxta heykəlləri zərif Versala qəribə surətdə «uyğunlaşaraq», növbəti dəfə İnsan və Təbiətin qarşılıqlı əlaqəsi problemini qabardıb.
Cuzeppe Penonenin üslubu asanlıqla tanınır: sənətkarın əsərlərinin əsasını şəklini dəyişdirdiyi təbii materiallar təşkil edir. Beləcə, budaqlarının insanı mürəkkəb çin heroqlifləri kimi düşünməyə sövq edən qəribə ağac siluetləri yaradılır. Heykəltəraşın sözlərinə görə, onun üçün ən maraqlı olan insanın təbiəti yenidən yaratdığı məqamdır, yəni təbiətin bir hissəsinə çevrilən art-obyektin yaranması.
Cuzeppe Penonenin taxtadan düzəldilmiş heykəlləri o vaxtki taxt-tac sahiblərinin vaxtilə gəzinti üçün üstünlük verdikləri yolu bəzəyir: onlar Versal sarayından Böyük kanala qədər uzanan yolda düzülüb.
Zaur H.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO