Papaların cinsiyyəti niyə YOXLANILIR? İNANILMAZ SİRR - - FOTO
Bizi izləyin

İnanc

Papaların cinsiyyəti niyə YOXLANILIR? İNANILMAZ SİRR - - FOTO

Xristianlar papa seçərkən cinsiyyət yoxlaması aparmasını sirri

PAPA latın dilində “ata” mənasını verir. Bu sözdən həmçinin 4-cü əsrdən bəri Katolik xristianların dini liderini təyin etmək üçün istifadə edirlər. Katolik kilsəsi İsa peyğəmbərin papalıq vəzifəsini verdiyi Aziz Petrodan bəri katolik xristianlarının ən uca məqamı və müqəddəs təşkilatı olaraq qəbul olunur. Vatikanda Kardinallar tərəfindən papa vəzifəsinə irəli çəkilən şəxslər bu xüsusiyyətlərə sahib insanlar arasından seçilirdi: Mütləq surətdə kişi olmalı, heç vaxt evlənməyən, uşaq sahibi olmayan, bəkarət andı vermiş və qadınlarla əlaqə qurmayan, ömrünü dünya nemətlərindən çəkindirərək yaşayan.

2000 illik Papaların tarixi son dərəcə maraqlı hadisələrlə doludur. Publika.az bu yazıda məhz həmin məqamalara toxunub. Tarix boyunca dindən istifadə edərək böyük siyasi güc və zənginlik əldə edən papalar, dini liderlikləri ilə bərabər siyasətlə də məşğul olmuş, bu yolda qan belə axıtmaqdan çəkinməyiblər. Səlib yürüşlərini buna misal göstərmək olar. Amma bu nəhəng gücə sahib papalıq tarixindəki bəlkə də ən maraqlı hadisə Vatikanın üz qarası olaraq bilinən və tarixdən silinməyə çalışılan qadın papa İoanna hadisəsidir.

Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı İoanna 9-cu əsrdə Almaniyada yaşayan dindar ailənin övladlığa götürdüyü ingilis qızı idi. Yaxınları onu “Gilberta”, yaxud “Jutta” deyə çağırırdılar. Olduqca ağıllı qız olan İoanna, qadın olmasının özünə perspektiv yaratmadığını düşünür və 12 yaşında kişi paltarları geyinməyə və kişi kimi davranmağa başlayır. Daha sonrakı illərdə İoanna xristian missionerlərə qatılır və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfəni öyrənir. Zamanla dövrün bütün xristian qaydalarına yiyələnir. Daha sonra Romaya gələrək, burada özünü Con Anglikus adı ilə kişi olaraq tanıdan İoanna Benediktin monastırına qatılır. Bildikləri ilə qısa müddətdə rahib və kardınalların olduğu geniş ətrafla tanış olur. Hər kəs onu dövrün ən yaxşı din alimləri arasında qəbul edirlər. Papa IV Leonun xəstəliyi şiddətləndiyindən kardinallar, papalığa ən layiq adam olaraq onun adını söyləyirlər. 853-ci ildə Papa Leon dünyasını dəyişəndə yerinə Con seçilir və 8-ci Con adı ilə papalıq vəzifəsinə başlayır. Papa Con 2 il 5 ay 4 gün müddətində Papalıq taxtında oturur. Zamanla İoanna rahiblərdən biri ilə sevgili olur və ondan hamilə qalır. Hamiləliyini geyindiyi bol paltarlarla gizlətməyi bacaran İonna doğulan uşağını kilsədə tərk edilmiş uşaqlarla birlikdə böyüdəcəyini düşünürdü. Ancaq 855-ci ildə kilsədən kənar dini mərasimdə doğuş sancıları başlayır. Oradaca övladını doğmaq məcburiyyətində qalır. Beləliklə, onun qadın olduğu ortaya çıxır. Rəvayətə görə, övladı ilə birlikdə həmin an öldürülür. Bəziləri əsəbi romalılar tərəfindən parçalandığı, bəziləri isə ata bağlanaraq yol boyu süründürülərək öldürüldüyü deyir.

Öldürüldüyü yerdə basdırılır və orada heykəli ucaldılır. Heykəlin üzərinə “papaların papası qadın papanın xəyanəti” yazısı yazılır. Heykəl 16-cı əsrin sonlarında ondan iz qalmasın deyə Papa 5-ci Piusun əmri ilə sındırılır və adı papalıq siyahısından silinir.

İoanna hadisəsindən sonra 1200 ildir papa seçkilərində cinsiyyətin yoxlanıldığı rəvayət edilir. Eyni səhvi bir daha təkrarlamamaq üçün yeni papanın cinsiyyəti üzərindən özlərini zəmanətə almaq istəyən kardinallar test müayinəsi edirlər.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm