İnanc
Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?
Adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə
rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq
qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə
etməkdir. Yəni uşağın valideyini Onu yatızıdırarkən, əlini başına
qoyub Ayətu-l-Kursi, əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxusa,
bu hal inşallah bir müddətdən sonra uşaqdan keçib gedəcək. Yazılan
duanı isə uşağın üstünə qoymaq lazım deyil. Daha yaxşısı, əlinizi
uşağın başına qoyub deyilən surələri bərkdən oxumaqdır.
Publika.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər
(salləllahu aleyhi və səlləm) Həsən və Hüseyni (Allah onlardan razı
olsun) qorumaq üçün belə dua edərdi: "Uiyzukuməə
bikəlimətilləəhi-t-təəmməəti min kulli şeytaanin va həəmmətin va
min kulli aynin ləəmmətin - (Hər bir şeytandan, zərərli həşəratdan
və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlamlarına həvalə
edirəm)".
Bu və başqa səhih hədislərdən məlumdur ki, Peyğəmbər (salləllahu
aleyhi və səlləm) duanı oxumuş və başqalarına da oxumağı
buyurmuşdur. Ona görə də zikr və duaları yazmaq yox, oxumaq
lazımdır. Səhih hədislərdə insanın şərdən qorunmaq üçün müəyyən
zikr və dualar vardır. Bu zikr və duaları "MÜSƏLMANIN QALASI" adlı
kitabçanı dini dükanlardan əldə edə bilərsiniz. Yuxuda qorxu
keçirən bu duanı oxuya bilər. Bu duaları siz övladınız üçün də
oxuya bilərsiniz: "Əuzu bikəliməti-l-ləhi-t-təmməti min ğadabihi va
iqabihi, va şərri ibədihi va min həməzəəti-ş-şəyəətııni va ən
yahduruni - Qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanın
vəsvəsələrindən və onların mənə hazırladıqlarından Allahın tam
kəlmələrinə sığınıram)". (Əbu Dəvud, 4/12; Tirmizi, 3/171).
Namaz qılmaq isə hər kəsə vacibdir. Bununla evinizdə İslami mühitin
yaransın, Uca Allahın kəlamı oxunsun, zikr və dua olunsun və günah
əməllər tərk olunsun. Çünki söylədiyiniz bu problemin yaranması
Allaha itaət etməmək səbəbi ilə ola bilir. Məsələn, Allah Rəsulu
buyumuşdur ki, pis yuxu görən 3 dəfə sol tərəfinə tüpürməli, 3 dəfə
şeytandan və gördüyünün şərrindən "əuzu billəəhi
minə-ş-şeytaani-r-raciim - Lənətlənmiş şeytanın şərrindən Allaha
sığınıram" deyərək Allaha sığınsın, gördüyünü heç kəsə danışmasın,
o biri böyrü üstə çevrilsin, istəsə, qalxıb iki rükət namaz qılsın.
Gecə bir böyrü üstündən o biri böyrü üstünə çevrilərkən bu duanı
etməsi yaxşıdır: "Ləə iləəhə illə-l-laahu-l-vaahidu-l-qahhəar,
Rabbu-s-səməəvaati va-l-ardi va məə beynəhumə-l-aziizu-l-ğaffəar -
Bir və Qüdrətli olan, səmaların, yerin və onların arasında olan hər
şeyin Rəbbi, Qüvvətli və Bağışlayan Allahdan başqa ibadətə və
itaətə layiq haqq məbud yoxdur)".
Həmçinin Qurana qulaq asdırmaqda davam etməyiniz məsləhətdir. Uca
Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan
ayələr nazil edirik. O, zalımların (inkarçıların) ancaq ziyanını
artırır". (əl-İsra, 82). O ki, qaldı üzərində dua asıb gəzdirməyə,
bu cür əməllər şəriətlə icazə verilməyən əməllərdəndir. İnsanın
namaz qılması isə onun həyatında baş verən hansısa qəribə hallarla
bağlı deyil. Namaz qılmaq hər bir müsəlmanın Allah qarşısında
qulluq vəzifəsidir. Uca Allah buyurur: "Namaz qılın, zəkat verin!
Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini)
Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi
görəndir!" (əl-Bəqərə, 110).
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO