Tarix
Stalinin “çar oğlu”: Romanov taxtından Kremlə uzanan yol
Nikolayın varisi necə kommunist oldu?
Rusiyanın sonuncü çar ailəsi olan Romanovlar sülaləsinin taxtdan salınması ilə bütöv bir ailənin üzvlərinin güllələndiyi barədə xəbərlər zaman-zaman təkzib olunub. Kimi Romananovların nümayəndələrinin başqa adla xarici ölkələrdə yaşadıqlarını, kimisi də elə Rusiyada qalaraq normal həyatına davam etdiyini iddia edib. Belə bir zamanda arxiv materialları bu və ya digər fikirlərin təsdiqi, yaxud təkzibi üçün əsas vasitə hesab olunur.
ARAYIŞ: Moskva böyük şahzadəsi I.İvan Kalitanın dövründə yaşayan Moskvalı boyar Andrey İvanoviç Kobylanın (Kambila) soyundan gələn Romanovlar adlarını Roman Yurevden alıblar. Yurevin qızı Anastasiya Romanovna ilk rus çarı Qorxunc İvanın ilk arvadı idi. Anastasiyanın qardaşı Nikita Romanoviçin uşaqları da babalarının şərəfinə Romanov soyadını götürüb. Çar Aleksey Mixayloviç Romanovun hakimiyyəti dövründə (1645-1676) xalq üsyanı zamanı əsgərlər qiyamçılardan birinin arvadı və uşağını boğaza qədər torpağa basdırıb onların gözləri baxa-baxa ölməsinə şərait yaradırlar. Bu zaman övladı gözü qarşısında can verən bu qadın bütün Romanovlar nəslinə lənət yağdırır. Çarın ilk nikahından olan üç oğlundan ikisi dərhal ölür. Üçüncüsü Fyodor Alekseyeviç isə ağıldan kəm, zəif və sonsuz olur. Çarın digər arvaddan olan oğlu da Fyodor kimi xəstə olur və 30 yaşında vəfat edir. Çar I Pyotrun isə başına gələnləri hər kəs bilir. Onun 11 uşağından səkkizi gənc yaşlarında vəfat edir. O, yeganə varisi Alekseyi atasının apardığı islahatlara əməl etmədiyinə görə dar ağacından asdırır. Romanovlar 1797-ci ilə qədər nizamlı bir varislik sistemi yarada bilməyiblər. Rəhbərliklərinin ilk əsrində taxta Rurik ailəsində olduğu kimi adətən çarın ən böyük oğlu, əgər oğlu yoxdursa ən yaxın və yaşca ən böyük kişi qohumu keçirdi. Beləcə Mixailin yerinə oğlu Aleksey, onun yerinə də oğlu III Fyodor çar oldu. Amma Fyodorun ölümündən sonra həm qardaşı İvan, həm də ögey qardaşı Pyotr taxt üzərində haqq iddia etdi. Ölkə məclisi Pyotru çar seçsə də, İvanın ailəsinin gözətçi birlikləri üsyana təşviq etməsi nəticəsində 1682-ci ildə hər ikisinə də I Pyotr və V İvan adlarıyla tac qoyuldu.
İvan 1696-cı ildə fəvat etdi və Pyotr təkbaşına çar oldu. 16 fevral 1722-ci ildə çarlara vəliəhd müəyyən etmək haqqını qazandıran "Varislik " qanunu qüvvəyə qoydu. Amma imperator adlandırılan ilk rus çarı Pyotr vəliəhdini təyin etmədən vəfat etdi və taxta onun ikinci xanımı I Yekaterina keçdi. I Yekaterinanın 1727-ci ildə ölümünün ardından taxta I Pyotrun nəvəsi II Pyotr oturdu. Onun 1730-cu ildə ölməsindən sonra V İvanın həyatdakı kiçik qızı Anna çariça oldu. Anna 1740-cı ildə dünyasını dəyişdi. Onun bacısının qızı olan Anna Leopoldovnanın iki aylıq oğlu VI İvan çar elan edildi. Anna Leopoldovna isə oğlunun taxt naibliyini boynuna götürdü. Amma ertəsi il taxtdan endirilən İvanın yerinə taxt I Pyotr ilə I Yekaterinanın qızı Yelizavetaya nəsib oldu. Yelizavetanın yerinə 1762-ci ildə qardaşı oğlu III Pyotrun çar olmasıyla Romanovlarının kişi qolu aradan qalxdı, amma Romanov adı qorundu.
III Pyotr çox qısa sürən rəhbərliyinin ardından 15 yaşında toy
günündə vəfat etdi və 1762-96 illərində alman şahzadəsi olan
arvadı, II Yekaterina adıyla hökmran oldu.
Daha sonra onun III Pyotrdan olanm oğlu I Pavel taxta çıxdı. I
Pavel 5 Aprel 1797-cu ildə "Varislik" qanununu dəyişdirdi.
Dəyişikliyə əsasən taxt Romanov ailəsinin üzvlərinə müəyyən bir
nizamla keçməlim idi. Amma o özü oğlu və vəliəhdi I Aleksandrı
dəstəkləyən saray çevrilişi nəticəsində öldürüldü. Aleksandrın
ölümündən sonra isə taxtın qanuni varisi olan qardaşı Konstantinin
o biri qardaşı I. Nikolayın lehinə taxtdan gizlicə imtina etməsi
varislik sistemində qarışıqlığa gətirib çıxardı. Daha sonra taxta
çıxışlarda Pavelin qoyduğu qaydalara riayət edildi və ölkəni
sırayla II Aleksandr, III Aleksandr və II Nikolay idarə etdi.
II. Nikolay qardaşı Mixailin lehinə 2 mart 1917-ci ildətaxtdan əl çəkmək məcburiyyətində qaldı, amma Mixail taxta çıxmağı rədd etdi. Nikolay və ailəsinin bütün üzvləri iyul 1918-ci ildə Yekaterinburqda güllələndiyi deyilir.
Güllələrdən hakimiyyətə
Rusiyada tarixə aid bir çox materialların, sənədlərin saxlandığı Arxiv İdarəsi əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində olsa da, sonradan birbaşa dövlət başçısına tabe etdirilib. Statusun dəyişdirilməsini orda xüsusi dövlət əhəmiyyətli sənədlərin qorunması ilə izah ediblər. Ekspertlər bu dəyişikliyi əlaqələndirmək üçün daha başqa məqamlar axtardığı bir zamanda Prezident Administrasiyası platformasında qeydiyyata alınan "Prezident" qəzetində tarixi arşdırma diqqətləri cəlb etdi. Cebhe.info xəbər verir ki, araşdırmada iddia olunurdu ki, çar ailəsind.n heç kəs güllələnməyib. Ailə üzvlərinin bəziləri hətta uzun ömür yaşayıblar. Onlardan biri- Aleksey isə hətta SSRİ dönəmində karyera da qurmağa nail olub. İddia əlbəttə ki, diqqətləri çəkməyə bilməzdi. Alekseyin sonrakı həyatı SSRİ dönəmində doğrudan da bu ölkədə yaşaması və hətta vəzifə pilləsində irəliləməsinin mümkünlüyünə inanlar az idi. Amma iddia elə bir mtəbua orqanda dərc olunmuşdu ki, onun ciddiliyinə çətin ki, şübhə edənlər çox olaydı.
Taxt-tacdan SSRİ Nazirlər Sovetinə uzanan yol
Üstəlik də, nəzərə alsaq ki, buna bənər informasiyalar ara-sıra bəzi tarixçilərin də dilindən səslənirdi. Çar ailəsinin gənc üzvü olan Aleksey Nikolayeviç Romanovun Nazirlər Kabinetinin sədri Aleksey Nikolayeviç Kosiqinə çevrildiyi iddiaları gündəmə bomba kimi düşəndə hələ yenidənqurmanın ilk illəri idi. O zamanlar SSRİ tarixinin gizli səhifələrinin açıldığı söylənilərək bir sıra iddialar ortaya atılırdı. Bunlardan biri də Kosiqinə bağlı iddia idi. Deyilənə görə, xəbərin mənbəyi partiya arxivi idi, ordan onu hansısa xəbər mənbəyi "uçurmuşdu". Hətta o qədər ki, bu məlumatı "tarixi lətifə" adlandıranlar vardı. İlk şübhələr də məhz o zaman yarandı. Axı çar ailəsinin üzvlərini cəsədlərini, harda dəfn olunduqlarını kimsə bilmirdi. Möcüzəvi qurtuluşla bağlı söz-söhbət isə hər zaman səslənirdi. Sonralar isə birdən-birə dəhlizlərdə pıçıltıyla söylənilən, yaxud hansısa tarixçinin naməlum mənbələrə dayanaraq iddia etdiyi bu xəbər nəhayət ki, mətbuata çıxdı. Həm də elə bir mətbu orqanda ki, onu əsl sensassiya adlandırmaq olardı. Qəzet bu suala cavab axtarırdı: Çar ailəsinin bu üzvü saxlandıqları evdən qaça, yaxud qaçırıla bilərdimi?"
"Romanovlar sağdır"
"Prezident" qəzetində müəllif Sergey Jelenkov yazırdı ki,
Romanovlar ailəsini saxladığı evin yaxınlığında fabrik yerləşirdi.
1905-ci ildə fabrikin sahibi inqilabçıların ora gələ biləcəyini
nəzərə alaraq yeraltı tunel qazmışdı.Siyasi Büro sözügedən evin
sökülməsi barədə qərar verəndən və Boris Yeltsin bu barədə qərarın
icrasını tapşırdıqdan sonra buldozer söküntü işləri zamanı həmin
tuneli aşkarlamışdı.
Tədqiqatçı Tom Manqold və Entoni Sammers 1979-cu ildə nəşr
etdirdikləri "Romanovların işi, yaxud olmayan güllələnmə" adlı
kitabda bir sıra məqamlara toxunmuşdular. Onlar vurğulayırdılar ki,
1978-ci ildə Brest sülh müqaviləsinə qoyulan 60 illik məxfilik
müddəti bitir. Buna görə də arxiv materiallarına baxmaq olduqca
maraqlı olardı. İlk növbədə üzə çıxarılan sənəd ingilis səfirinin
teleqramı idi. Söhbət o teleqramdan gedirdi ki, səfir orda çar
ailəsinin Yekaterinburqdan Permə aparılmasından bəhs edirdi.
Ordudakı Britaniya kəşfiyyatının casusu Aleksandr Kolçakın
məlumatına görə, 1918-ci il 25 iyulda admiral güllələnən çar ailəsi
barədə dərhal araşdırma tələb edib. 3 ay sonra kapitan Namyotkin
onun masasının üstünə bir hesabat qoyub. Həmin hesabatda
bildirilirdi ki, çar ailəsinin güllələnməsi əvəzinə güllələnmə
oyunu oynanılıb. Kolçak buna inanmayıb və ikinci araşdırma tələb
edib. Bu dəfə iş tədqiqatçı Sergeyevə tapşırılıb. Onun da
nəticələri birincini təsdiqləyib. Onlarla parallel olaraq kapitan
Malinovskinin komissiyası da işləyirdi. 1919-cu ildə sözügedən
komissiya da belə bir rəy hazırladı: "Mənim işlərimin nəticəsi
olaraq belə söyləməyə əsas var ki, ailə sağdır. Tədqiqat zamanı
əldə edilən bütün faktlar güllələnmənin görüntü olduğunu söyləməyə
əsas verir".
(ardı var)
Cebhe.info
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ