66 milyon il əvvələ aid tapıntı - - FOTO
Bizi izləyin

Tarix

66 milyon il əvvələ aid tapıntı - - FOTO

Çinin şimal-şərqində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan qalıqlar mütəxəssisləri şoka salıb.

Publika.az xəbər verir ki, ölkənin şimal-şərqindəki Yenci şəhərinin Longşan bölgəsində may ayından başlayaraq aparılan arxeoloji qazıntılar zamanı çox sayda sümük qalıqları aşkarlanıb.

Çinin Elmlər Akademiyasının Paleontologiya və Paleoantropoloji İnstitutunun mütəxəssisləri tapıntıların e.ə 145-66 milyon il əvvəl mövcud olan timsah və dinozavrlara aid olduğunu bildirib.

Arxeoloq Cin Çangcu bənzəri tapıntıların daha əvvəl Çınqdu şəhərində də qeydə alındığını deyib: "Hazırda əldə edilən yarım metr uzunluğa malik timsah qalığı uzun illər keçməsinə baxmayaraq, yaxşı vəziyyətdə qalıb. Skletlər içərisində camarasaurus, iquanodon və ceratopsian adlı dinozavr növlərinə aid diş, baş və bir sıra qalıqlar tapılıb".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm