Tarix
O fransız qəzeti yanlış ölüm elanı yazmasaydı ...- "Nobel" necə yarandı?
Nobel: Yanlış ölüm elanından dünyanın ən prestijli mükafatına uzanan yol.
Tarix 1888...
İsveçli kimyagər, ixtiraçı, mühəndis, yazıçı və sülhsevər Alfred Nobel bir fransız qəzetində öz ölüm elanını oxuyur.
Kəşf etdiyi dinamit bəşəriyyətdən çox onun başına bəla olur. Çünki media dinamiti kəşf etdiyi üçün onu tənqid edir və “ölüm taciri” adlandırırdı. Kimyagərin qardaşının ölümü isə onların işinə yarayır. Nəhayət, A.Nobeldən tarixi qisas alınır və qardaşının yerinə “yanlışlıqla” onun adı yazılır.
Lakin A.Nobel sülhsevər insan idi və adını tarixə xeyirxah biri kimi yazdırmaq istəyirdi. Bu səbəbdən 265 milyon civarındakı sərvətinin böyük bir qismini ayırır və “Nobel” mükafatını təsis edir.
Mükafat ədəbiyyat, sülh, tibb, iqtisadiyyat və elm sahəsində ən çox uğur əldə edən insanlara verilir. Yəni Alfred Nobelin fəaliyyət göstərdiyi sahələr.
İlk “Nobel” sülh mükafatı 1901-ci ildə “Qızıl xaç” yardım cəmiyyətinin qurucularından olan Henri Dunanta verilir. 3 namizədlə “ən çox mükafat qazanmaq” rekordu da məhz bu cəmiyyətə aiddir.
Maraqlısı odur ki, “Nobel” mükafatı verilən sahələrin ən qalmaqallı və tənqidə məruz qalan namizədləri məhz sülh kateqoriyasında laureat olan insanlardır. Rahibə Tereza, Nelson Mandela, Baraka Obama, Liu Xiaobo, Teodor Ruzvelt, Martin Lüter Kinq, Corc Marşall, Mixail Qorbaçov…
Zümrüd
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...