Azərbaycanlı cazmen Fransanı heyran etdi
Bizi izləyin

Mədəniyyət

Azərbaycanlı cazmen Fransanı heyran etdi

Azərbaycanın aparıcı cazmeni, pianoçu Emil Əfrasiyab Parisdə keçirilən “Saint-Germain-des-Prés” XV Caz Festivalının ikinci gecəsi zamanı səhnədəki çevikliyi və innovasiyaları ilə 380 nəfər caz həvəskarını heyran qoyub.

Publika.az-ın məlumatına görə, mayın 29-da keçirilən konsertin tamaşaçıları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, əfsanəvi film ulduzu Klint İstvudun oğlu, məşhur gitara ustası Kil İstvud, məşhur yazıçı, ədəbiyyat və caz tənqidçisi Mişel Kontat və tanınmış caz prodüsseri Alain Kassimatis də olublar.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyi bundan öncəki festivalda da oldugu kimi bu konsertə də təşkilati dəstək göstərib.

Proqram E.Əfrasiyabın özünün yazdığı “İki dünya” əsəri ilə başlayıb. Bu əsərin ardınca Azərbaycanın görkəmli caz-muğam ustadı Vaqif Mustafazadənin “Mart” əsəri saksofonda Aleksandr Madelinin müşayiəti ilə səsləndirilib.

Auditoriyanın mükafatı Azərbaycan milli rəqsi “Şalaxo” oldu.

Konsert Fransada üç tarixdə keçirilən festival turunun ortasına təsadüf edib.

1982-ci ildə Bakıda anadan olmuş Emil Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. O, cazı Azərbaycan muğamı ilə sintez etmək üzrə ixtisaslaşır. Musiqinin bu iki növü improvizasiya üçün geniş imkanlara malikdir və insanın özünü ifadə etməsi üçün böyük üfüqlər açır. Onun əsərlərində intonasiyadakı təzadlar, daha çox klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm