Mətbəx
Ləziz küncüt peçenyesi - Resept
Küncüt peçenyesi inanılmaz dadlı, xırtıldayan və ətirlidir. Bu resept əsasında onu hazırlayıb, dadına baxanlar iddia edirlər ki, hələ belə dadlı küncüt peçenyesi yeməyiblər. Bir də unutmayın ki, küncüt kalsiumla zəngindir. Hətta küncütdə kəsmikdən 10 dəfə çox kalsium var! Beləliklə, Publika.az-ın mətbəx bölməsi bu dadlı peçenyenin reseptini təqdim edir:
İnqrediyentlər:
Un - 70 qram
Kərə yağı - 60 qram
Şəkər - 120 qram (qəhvəyi şəkər də olar)
Yumurta - 1 ədəd
Vanil ekstraktı - 0,5 çay qaşığı və ya bir paket vanil şəkəri
Təzə sıxılmış limon şirəsi - 1 çay qaşığı
Küncütü toxumu - 160 qram
Qabartma tozu - 0,5 çay qaşığı
Duz - 0,5 çay qaşığı.
Hazırlanması:
Unu, qabartma tozunu və duzu qarışdırın.
Yumşalmış yağı şəkərlə qarışdırın. Sonra yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20 - 30 saniyə çalın. Unun kiçik porsiyalarla bu kütləyə əlavə edin. Qaşıqla küncütü xəmirə qatın. Onu əvvəlcədən qızartmaq olar.
Sobanı 180 dərəcə isidin. Çörək kağızının (sobada bişirilən bişinti məhsulları üçün xüsusi ağ kağız) üzərinə 1 çay qaşığı xəmirdən kökə formasında qoyun. Peçenyelər arasında 3-4 sm məsafə olmasına diqqət yetirin.
Ölçüsündən asılı olaraq 8 - 15 dəqiqəyə bişir. Diqqətli olun ki, yanmasınlar. 6 dəqiqə sonra digər tərəfə çevirmək olar.
İsti olanda peçenye yumşaq və yapışqanlı olur. Amma soyuyandan sonra xırçıldayan və ləziz dadı sizi məftun edəcək
Nuş olsun!
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO