Mətbəx
Dünyanın ən dadlı yeməkləri bu ölkələrdədir: Türkiyə ilk beşlikdə - SİYAHI
Məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən seçilən dünyanın ən yaxşı qastronomiya şəhərləri siyahısında Türkiyədən bir şəhər ilk 10-luqda yer alıb.
Publika.az xəbər verir ki, qastronomiya sahəsində UNESCO tərəfindən qeydiyyata alınan Qaziantep kababları, paxlavaları və katmerləri, eləcə də qeydiyyatdan keçmiş 99 yeməyi ilə adından söz etdirməyə davam edir.
Məşhur aşpaz Doğa Çitçi Qaziantep mətbəxinin ilk 10-luqda yer almasının qürurverici olduğunu deyib: “Qaziantep mətbəxi Türkiyədə ilk dəfə qida və içki baxımından dünyaca məşhur reytinq şirkəti tərəfindən qastronomiya sahəsində qeydə alınıb və hazırda ilk 10 şəhər arasındadır. Təbii ki, Qaziantep mətbəxi zəngin mətbəx olduğundan onun bu siyahıda olması normaldır”.
“Bizim Qaziantepə aid 104 məhsulumuz var. Onlardan 99-u yemək və içki ilə bağlıdır. Türkiyədə bu qədər müxtəlifliyə və 104 coğrafi göstəriciyə malik heç bir şəhər yoxdur. Bütün Avropa ölkələrini bir yerə yığsan, bir Qaziantepə bərabər olmaz”, - Çitçi əlavə edib.
"TasteAtlas" tərəfindən hazırlanan siyahının ilk onluğunu təqdim edirik:
1. İtaliya - Roma
2. İtaliya - Balonia
3. İtaliya - Neapol
4. Avstriya - Vyana
5. Türkiyə - Qaziantep
6. Yaponiya - Oksaka
7. Çin - Honq Konq
8. İtaliya - Turin
9. Yaponiya - Tokio
10. İndoneziya - Bandunq
Roza
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































