• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Belə xiyar görmüsüz? - FOTOLAR

  • Mətbəx
  • 30 Avqust 2015 20:13
  • 2 525 Baxış
Belə xiyar görmüsüz? - FOTOLAR

Xiyar deyəndə ilk növbədə dişləyəndə xırçıldayan, yaşıl rəngli, 15-20 sm uzunluğunda tərəvəz təsəvvür edirik. Lakin elə xiyar növləri də var ki, onların nəinki dadına baxmamısınız, heç adlarını da eşitməmisiniz.

Kivano və ya Afrika xiyarı

Zahirən və daxilən cəlbedici görünüşə malik bu bitkinin dadı xiyarla nar arasında bir şeyi xatırladır.

Kirpi xiyarı

Bu dekorativ tərəvəzi yetişdirmək asandır. Kənardan baxanda göy-göyərtinin arasında maraqlı kirpiciklər görünür.

“Əjdaha yumurtaları”

Adına baxanda belə tərəvəzdən nə desən, gözləmək olar. Amma ağ rəngli, bolsulu bu xiyarın dadı adi xiyarlara nisbətən çox şirindir.

“Qırmızı hmonq”

Adını cənub-şərqi Asiya ölkələrində yaşayan hmonq qəbilələrinin adından götürmüş “Qırmızı hmonq” xiyarı ağ rəngdən tutmuş açıq yaşıl rəngli olur. Yetişdikdə qızılı-narıncı-qırımız rəng alırlar.

“Büllur limon”

Onlar çox şirin və sulu olur. Kənardan baxanda limona oxşayırlar. İnsan orqanizmi üçün çox xeyirlidir.

“Kayzer Aleksandr” xiyarı

Xiyarın çox nadir növüdür. Həddən artıq yetişmiş meyvə-tərəvəzi çox sevən Rusiya çarı Aleksandrın şərəfinə adlandırılıb.

Qak” xiyarı

Onu həm də acı yaz xiyar da adlandırırlar. O bütün dünyada ən xeyirli tərəvəzlərdən hesab edilir. Qızdırmanı, beldəki ağrıları, absesi qısa müddətdə müalicə etməyə kömək edir.

Kiqeliya

Kiqeliya xiyarı ağacda bitir. Afrikada yerli əhali onu kolbasa ağacı adlandırır. Hərdən məhsulun uzunluğu 3 m-ə qədər çata bilir.

İlanabənzər yemiş

Əsasən İran və Orta Asiyada yetişən bu xiyar növünün məhsulunun çəkisi 1 kq-a çatır. Qabığı çox nazik, tumları isə çox kiçik olur. Yetişmiş məhsulu yemiş iyi verir.

İtiuclu və ya xiyar maqnoliyası

Bu ən nadir xiyar növü hesab edilir. Elmi baxımdan o xiyar hesab edilmir. Vətəni Şimali Amerikadır. Hündürlüyü 30 m-dək çatan maqnoliya ağacında yetişir. Meyvəsinin uzunluğu 6-8 sm olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR