Sürprizli keks - RESEPT
Bizi izləyin

Mətbəx

Sürprizli keks - RESEPT

Ərzaqlar:

3 ədəd yumurta

1 stəkan şəkər

1 stəkan süd

Yarım stəkan bitki yağı

3 xörək qaşığı kakao

1 paket qabartma tozu

1 stəkan + 2 xörək qaşığı qədər un

İçi üçün:

2 ədəd yumurta ağı

1 stəkan hind qozu

1 stəkanı şəkər kirşanı

Hazırlanması:

Yumurtaları köpüklənənə qədər çalın. Şəkəri əlavə edib mikser ilə çalmağa davam edin. Bitki yağı, süd və kakao əlavə edin. Un və qabartma tozunu əlavə edib çalın.

İçlik hazırlamaq üçün bir qabın içində yumurta ağlarını, hind qozu və kirşanı töküb qarışdırın. İçlik əllə forma verə biləcək qatılıqda olmalıdır. Keks qəlibini yağlayın. Keks xəmirinin yarısını qəlibə tökün. Sonra onun üzərinə qoz böyüklüyündə toplar yumrulayıb şəkildəki kimi tort ortasına yerləşdirin. Qalan xəmiri də topların üstünə tökün.

180 dərəcəlik sobada ilk 20 dəqiqədən sonra ara-ara nəzarət edərək bişirin. Keks bişib soyuduqdan sonra tərsinə çevirərək boşqaba qoyun. Dilimləyib süfrəyə verin!

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm