Mətbəx
Dünyanın müxtəlif ölkələrində məktəblilərin günorta yeməyi - FOTOLAR
“Sweetgreen” restoranlar şəbəkəsi bütün dünyada şagirdlərin günorta yeməyini müqayisə etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, onlar müxtəlif ölkələrdə məktəb yeməkxanalarında verilən tipik yeməklərin foto seriyasını təqdim edib. Məktəb yeməkxanaları uşaqlar üçün adətən ən sağlam və düzgün qidanlanma rasionu tərtib etməyə çalışır, ancaq nədənsə bu, tamam fərqli alınır. Fotolarda aydın görünür ki, müxtəlif ölkələrdə uşaqların qidalanma vərdişləri bir-birindən fərqlənir. Burada ölkənin mədəniyyəti və iqlim də mühüm rol oynayır. Məsələn, İtaliya və Cənubi Koreyada çoxlu təzə göyərti və tərəvəz, fransızlar nahara bir neçə dilim steyk, soyuq Finlandiyada isə nahara şorba ilə başlayırlar.
İtaliya
Balıq, ət, çörək, makaron salatı, pendirli pomidor.
Fransa
Mal əti steyki, pendir, kök, yaşıl lobya, meyvə.
Cənubi Koreya
Balıq şorbası, düyü, kimçi (turş kələm), brokkoli, təzə bibər və tofu.
ABŞ
Toyuq, kartof püresi, yaşıl noxud, konservləşdirilmiş meyvələr, peçenye.
Yunanıstan
Toyuq, dolma, meyvə salatı, narlı yoqurt, makaron.
Finlandiya
Noxudlu şorba, pörtlədilmiş çuğundur, kök salatı, giləmeyvə, təzə kökə, çörək.
İspaniya
Qəhvəyi və ağ düyü, tərəvəz salatı, çörək, portağal, krevetlər, qaspaço (tomat şorbası).
Braziliya
Lobya və düyü, tərəvəz salatı, çörək, qızardılmış banan, tərəvəzlə donuz əti.
Aytən
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR