Üçqatlı ev tortu - RESEPT
Bizi izləyin

Mətbəx

Üçqatlı ev tortu - RESEPT

Publika.az-ın mətbəx bölməsi asan və ləziz üçqatlı ev tortunun reseptini təqdim edir:

İnqrediyentlər:

Bu ölçü bir qat üçün nəzərdə tutulub.

Xama – 200 ml.

Şəkər – 200 ml.

Yumurta - 1 ədəd

Un - 3 xörək qaşığı

Soda - ¼ çay qaşığı

Tortun ləzzəti üçün əlavə ərzaqlar:

Bir qat üçün 1 stəkan qoz ləpəsi

2 qat üçün ¾ stəkan kişmiş

3 qat üçün ½ stəkan xaşxaş

Krem üçün:

Şəkər 200 ml.

3 yumurtanın sarısı

Süd - 3 xörək qaşığı

Kərə yağı 200 qram

Hazırlanması:

Kişmişi və xaşxaşı 1 saat isti suda isladım, sonra qurudun.

Yumurtanı, şəkərlə, xama ilə qarışdırın. Un soda əlavə edin və yumurta kütləsinə qarışdırın. Tortun ləzzəti üçün əlavə ərzaqları da xəmirə əlavə edin. Hər qat üçün ayrıca xəmir çalın 180 dərəcə temperaturda sobada 30 dəqiqə bişirin.

Krem üçün yumurta sarılarını, südü və şəkəri qarışdırın. Zəif odda bu kütləni 7 dəqiqə qarışdıra-qarışdıra bişirin. Krem soyudun, sonra yağı əlavə edib. Hazır kremi soyuducuda saxlamaq lazımdır. Sonra bişmiş korjların arasına bu kremdən çəkin və soyuducuda 20-30 dəqiqə saxlayın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm