• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sirli təpə - Resept

  • Mətbəx
  • 1 İyun 2015 10:51
  • 681 Baxış
Sirli təpə - Resept

Publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək sirli təpənin reseptini təqdim edir:

İnqrediyentlər:

qiymə - 1 kq.

soğan - 2 ədəd

kartof - 4 ədəd

yumurta - ədəd

pendir – 200 qram

Mayonez

Duz, istiot

Hazırlanması:

Qiyməni kotletin farşı kimi hazırlayın. Soğanı bitki yağında qızardın.

Kartofu sürtgəcdən keçirin, duzlayıb, istiotlayın, qarışdırın.

Yumurtanı qaynadın, xırda doğrayın, duz, istiot və mayonez vurub qarışdırın.

Pendiri sürtgəcdən keçirin.

Qiyməyə kiçik, ovuc içi ölçüdə dairə və ya qoğal forması verib. Diametri təxminən 10 sm ola bilər.

Dairəvi formanı soba üçün kağızın üzərinə qoyun, üzərini bitki yağıyla yağlayın. Üzərinə bir lay qızarmış soğan, ikinci lay mayonezli yumurta, üçüncü lay isə kartofu düzün.

Xırdalanmış kartofu da üzərinə yığın. Üzərinə sürtgəcdən keçirilmiş pendiri səpin, onun üzərindən isə nazik qat mayonezlə çəkin.

Əvvəlcədən 180 dərəcəyə qədər isidilmiş sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR