Kəsmikli ponçik - Resept
Bizi izləyin

Mətbəx

Kəsmikli ponçik - Resept

Kəsmikli ponçik isti yay günlərinin ən yaxşı şirniyyatıdır. Kalsium və zülalla zəngin olan ponçiklərin dadı damağınızdan getməyəcək.

İnqrediyentlər:

500 qram kəsmik

3 ədəd yumurta

300-400 qram un

Şəkərli vanil

9-12 xörək qaşığı şəkər

Bir çimdik duz

Bir çay qaşığı soda

Şəkər pudrası

Bitki yağı

Hazırlanması:

1. Kəsmiyi şəkərli vanil ilə qarışdırın. Toyuq yumurtalarına isə duz, soda və şəkərlə qarışdırın. Qarışdıra-qarışdıra hər iki kütləni bir-birinə qarışdırırıq, unu da əlavə edirik. Xəmir kimi yoğururuq.

2. Qazana yağ tökün, amma çox qızdırmayın. Sonra əllərinizi suda isladıb, hazır kütlədən yumru toplar hazırlayın. Ölçüsü çox böyük olmasın, ən yaxşısı şəkildə görünən ölçüdə hazırlayın ki, içərisi yaxşı bişsin. Yağda ponçikləri qızardın, tez-tez çevirin ki, hər tərəfi qızarsın.

3. Ponçiklər üçün salfeti hazırlayın, ponçikləri onun üzərinə qoyun ki, artıq yağlar salfetə hopsun. Sonra ponçikləri boşqaba yığın, üzərinə qəhvəüyüdəndə üyüdülmüş şəkər tozu səpin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm