Ətli piroq – Resept
Bizi izləyin

Mətbəx

Ətli piroq – Resept

Bu piroqun müəllifləri iddia edirlər ki, heç kim mayonezsiz belə dadlı xəmir hazırlaya bilməz. Amma onlar bacarıblar. Bu piroqun tərkibinə qatılan ərzaqlar hər evdə tapılar. Onun hazırlanmasına isə cəmi 10 dəqiqə vaxt sərf edəsiniz. Publika.az-ın mətbəx bölməsi ətli piroqun reseptini təqdim edir:

İnqrediyentlər:

2 yumurta

0.5 çay qaşığı duz

1 stəkan un

1 stəkan kefiri

0.5 çay qaşığı soda

İçi üçün:

300 qram qiymə

2-3 soğan

Duz, istiot zövqə görə

Hazırlanması:

Kefiri soda ilə qarışdırın, 5 dəqiqə saxlayın. Sonra digər inqrediyentləri tökün və qarışdırın.

Soğanı sürtgəcin xırda gözündən keçirin, ətə əlavə edin, duz, istiot vurun.

Yağla soba tavasını yağlayın, bir çimdik un tökün və xəmirin yarısını tavaya tökün. Sonra hazırlanmış içi çiy şəkildə ikinci lay olaraq xəmirin üzərinə tökürük. Daha sonra isə xəmirin qalan hissəsini tavaya, ətin üzərinə tökürük.

Sobanı qızdırın, 170 dərəcədə 40 dəqiqə piroqu bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm