Müsahibə
Populyar azərbaycanlı teleaparıcı kimin bostanına daş atdı?
Teleaparıcı İlahə Nizamiqızı Publika.Az-a müsahibəsində bir-birinin şəxsiyyətinə toxunan şou-biznes əhlindən danışıb.
- Həmkarlarınızın əldə etdiyi uğurlara görə sevinirsiniz, yoxsa
paxıllıq edirsiniz?
- Əlbəttə, sevinirəm, bütün aparıcılarımızdan razıyam.
- Şou-biznes nümayəndələrinin əksəriyyəti kirayədə qaldıqları
villaları və ya kreditlə əldə etdikləri maşınlarla özlərini reklam
edirlər. Bəs siz necə, özünüzü necə reklam edirsiniz ?
- Özümü reklam edəsi villam və ya maşınım yoxdur, kirayədə
yaşayıram. Ancaq bu, o demək deyil ki, kiminsə villasını öz evin
kimi təqdim edərək efirlərdə reklam etməlisən. Üzümü ulduzlara
tutaraq demək istəyirəm ki, kirayədə qalmaq eyib deyil. Əsas odur
ki, əxlaqım yerində olsun və övladım ac qalmasın.
- Efirlərdə bir-birinin şəxsiyyətinə toxunan şou-biznes əhlinə
necə baxırsınız?
- İnsan dalaşanda barışmağa üz yeri qoymalıdır. Hazırda heç kim
deyə bilməz ki, mən İlahə Nizamiqızı ilə danışmıram. Çünki düşmənim
yoxdur. Yəni heç vaxt kiminsə şəxsiyyətinə toxunmamışam, buna
haqqım da yoxdur. Unutmamalıyıq ki, biz azərbaycanlıyıq və hər
yerdə bir-birimizi dəstəkləməliyik.
- Toylara gedirsinizmi? Gedirsinizsə, qiymət açıqlaya
bilərsinizmi?
- Əlbəttə, gedirəm toylara. Dolanışığım da elə toylardandır. Qiymət
məsələsinə gəldikdə, 700-1000 manat arasıdır.
- Açıq-saçıq geyinməyiniz ailədə problem yaratmır?
- Xeyr, yaratmır. Çünki hər kəs xasiyyətimə bələddir.
- Şəxsi həyatınızda nə var, nə yox?
- Hələ ki, heç bir yenilik yoxdur.
- Kişi dostlarınız çoxdur?
- Şou-biznes əhli arasında əks cinsin nümayəndələrinin əksəriyyəti
ilə dostam. İnanın ki, kişilər qadınlardan daha sadiq olurlar.
Ceyran Əsgərqızı
Publika.Az
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ