Nəqliyyat
Bakıdan kənd və qəsəbələrə gedən avtobusların son dayanacağı dəyişir
Metronun Dərnəgül stansiyası yaxınlığındakı ərazidə növbəti Nəqliyyatı Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.
Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbilər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq. Layihəyə əsasən, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.
İlkin mərhələdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır. Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun “Azadlıq Porspekti” stansiyası müəyyən edilib. Bu isə gün ərzində, xüsusən də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra, avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. Gələcəkdə Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinin imkanlarından aslı olaraq, bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq