Nəqliyyat
Metroda iş saatı dəyişdi
IV İslam Həmrəyliyi Oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həlledici futbol görşləri zamanı da Bakı metropoliteni xüsusi tədbirlər planına uyğun fəaliyyət göstərib. Tədbirlər planına əsasən, qatarların hərəkət qrafikində də müvafiq dəyişikliklər edilib, ehtiyat qatarlar saxlanılıb.
Bu barədə Publika.az-a “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, tədbirlərin keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimlənməsi nəzarətdə saxlanılır.
“Həmin günlər səhər saat 6-dan gecə saat 1-ə qədər işləyən metropoliten, bu gün - mayın 22-də keçiriləcək bağlanış mərasimi müddətində gecə saat 2-yə qədər işləyəcək. Zərurət olarsa, açılış mərasimində olduğu kimi, metropolitenin fəaliyyəti daha gec saatlara qədər uzadılacaq”.
Məlumatda o da vurğulanıb ki, mayın 21-də keçirilən 3-cü yer
uğrunda və final oyunları zamanı sərnişinlərin kütləvi axını nəzərə
alınaraq, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında
operativ qərargah fəaliyyətdə olub. Sərnişinlərin metropolitenin
xidmətindən istifadə etməsi həmin plana uyğun olub. Hər iki
qarşılaşma zamanı sərnişinlərin mənzil başına rahat və təhlükəsiz
çatması təmin edilib. Sərnişinlərin böyük əksəriyyəti məhz
metropolitenin xidmətindən istifadə etməyə üstünlük verib.
Metropoliten və Bakı metropolitenində polis şöbəsinin
əməkdaşlarının birgə fəaliyyəti sayəsində sərnişinlərin hərəkəti
nizamlanıb və metropoliten ərazisində heç bir xoşagəlməz hal qeydə
alınmayıb. Digər stansiyalarda da metropolitenin rəhbər, mütəxəssis
və işçi heyətindən ibarət mərkəzlər fəaliyyət göstərib.
Final oyunu başa çatdıqdan sonra hər növbəti qatarın stansiyaya
daxil olma müddəti orta hesabla 1 dəqiqə təşkil edib. Gecə saat
01:00-da, heç bir tələbat olmadığından, metropoliten stansiyaları
sərnişinlərin girişi üçün bağlanıb”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı