"Ford” və "Changan” 560 mindən çox avtomobili geri çağırdı
Bizi izləyin

Nəqliyyat

"Ford” və "Changan” 560 mindən çox avtomobili geri çağırdı

"Ford” və Çinin "Changan” şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.

Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo” modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge” modelinə şamil edilib.

Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford” birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm