Nəqliyyat
Sabahdan yollarda təmir başlayır - Formula 1-ə hazırlıq
Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar sabahdan trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işlərinə start veriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Publika.az-a verilən məlumata görə, təmir-bərpa işlərinə martın 23-ü saat 06:00-da başlanılacaq və proses martın 25-i gecə saatlarınadək davam edəcək.
Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq. Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində, Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq