Abid Şərifov yanan bina sakinləri ilə görüşdü: “Sentyabrda...”
Bizi izləyin

Nida.az

Abid Şərifov yanan bina sakinləri ilə görüşdü: “Sentyabrda...”

Baş nazirin müavini Abid Şərifov yanan binanın bir qrup sakinini qəbul edib.

Görüş Binəqədi rayon İcra Hakimiyyətində keçirilib.

Qəbulda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyev və digər məsul işçilər iştirak ediblər.

Qəbulda zərər çəkmiş 10 avtomobilin, 4 qeyri-yaşayış sahəsinin sahibi və müxtəlif məsələlərlə bağlı 7 ailə dinlənilib.

Hadisə zamanı zərər çəkmiş 10 avtomobil sahibinin hər birinə ekspertiza tərəfindən müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncam layihəsi hazırlandığı və bu məsələnin yaxın günlərdə həll ediləcəyi barədə məlumat verilib.

Ziyan çəkmiş şəxslər görülən tədbirdən razı qaldıqlarını bildiriblər. Binadakı qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq izahat verilib və onlara bildirilib ki, həmin sahələr yüksək səviyyədə təmir olunaraq sahiblərinin ixtiyarına veriləcək.

Eyni zamanda, mənzillərdə təmirin yüksək səviyyədə aparıldığı bildirilib və sentyabrın sonunadək sakinlərin ixtiyarına veriləcəyi deyilib. (Baku.ws)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm