Tural Abbaslıdan siyahıya münasibət: “Mənim anam...”
Bizi izləyin

Nida.az

Tural Abbaslıdan siyahıya münasibət: “Mənim anam...”

Müsavat Partiyasının üzvü, “Ağ blok” hərəkatının təsisçisi Tural Abbaslı Müsavatın namizədlər siyahısında anası Başxanım Abbasovanın da adının olmasına münasibət bildirib.


Publika.az-a açıqlamasında T. Abbaslı bildirib ki, anasının adının namizədlər siyahısında olması onun fikirlərini dəyişdirmir: “Bu siyahı bəyan etdiyimiz kimi, Arif Hacılının siyahısıdır və Müsavatın zəiflədiyini ortaya qoyur. Müsavat Partiyasının 125 seçki dairəsindən cəmi 70-i üzrə namizədlər irəli sürməsi, onların da 35-nin Bakını əhatə etməsi partiyanın nüfuzunun hansı səviyyədə olduğunu nümayiş etdirir. Bütün dairələr üzrə namizəd irəli sürə bilməməsi Müsavat Partiyası üçün müsbət hal deyil.

Siyahıda kifayət qədər nüfuzlu şəxslər də var. Amma Müsavat Partiyasının rəhbərliyi tərəfindən incidilən, küsdürülən və ya tənqidi açıqlamalar verən şəxslər kənarda qalıb. Onlar bu gün Müsavat Partiyasının namizədlər siyahısında olmalı idi. Siyahıya baxdıqda görürük ki, Arif Hacılıya yaxınlığı ilə seçilən, ona sədaqətli olan və siyasətini dəstəkləyən şəxslər önə çəkilib. Açığı, siyahını təftiş etmək istəmirəm. Amma Müsavat Partiyasının nə qədər zəiflədiyini zaman göstərəcək”.


Onun sözlərinə görə, bəzi dairələrdən iki nəfərin namizədliyinin irəli sürülməsi halı normal deyil.


“Misal üçün, Müsavat Partiyası 108 saylı Ağstafa seçki dairəsindən iki nəfərin namizədliyini irəli sürməklə subardinasiya qaydasını pozub. Mənim anam Başxanım Abbasova ötən seçkilərdə 108 saylı Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüşdü və Müsavat Partiyasının namizədlərindən çox səs toplamışdı. Eyni zamanda, anam Müsavat Partiyası Divanının üzvüdür. Subardinasiya qaydasına görə, Müsavat Partiyası birmənalı şəkildə Başxanım Abbasovanın namizədliyini dəstəkləməli idi”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm