Nida.az
Elmar Məmmədyarov: “Suriyadan gələn erməni qaçqınlar Azərbaycan ərazilərində yerləşdirilir”
Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nazir bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər
beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini
bildirib. O əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma
siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin
dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən
qadağandır.
E.Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində
Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan
artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi
barəsində məlumat verib.
Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı
qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə
mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba
yurdlarına qayıdacaqlarını vurğulayıb. Bu xüsusda, Dünya Bankı və
digər qurumlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.
Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi
mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox
tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi
iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial
qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd edib. Nazir
əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə
aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda
miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə
tənzimləndiyini vurğulayıb.
Müasir dünyada XİX əsrə xas formada yalnız bir etnik tərkibdən
ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq
dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı
olduqlarını bildirib. Bu xüsusda o, Azərbaycanın zəngin
multikultiralizm və tolerantlıq ənənələrinin dünya üçün örnək
olduğunu deyib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi