Nida.az
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İrana səfər edəcək
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın
14-ü Tehrana iki günlük rəsmi səfər edəcək.
İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsindən Trend-ə
verilən məlumata görə, Bakıda səfərdə olan İran İslam Respublikası
xarici işlər nazirinin müavini İbrahim Rəhimpur K.Heydərovla
görüşdə bu səfərin iki ölkənin qardaş xalqlarının münasibətlərinə
müsbət təsir edəcəyini vurğulayıb.
İ.Rəhimpur, həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının əhəmmiyyətini qeyd edib: "İran və Azərbaycan hərtərəfli münasibətlərin inkişafı üçün bütün potensiallardan və fürsətlərdən faydalanmalıdırlar".
K.Heydərov iki ölkə rəsmilərinin qarşılıqlı munasibətlərin
gücləndirilməsi üçün ciddi iradələrini xatırladaraq deyib ki,
Azərbaycan və İran yeni əməkdaşlıq sahələri yaratmalı və qarşılıqlı
olaraq iqtisadi fürsətləri tanımalıdırlar.
O, əlavə edib ki, iki ölkə təbii fəlakətlərə nəzarət etmək
sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsindən faydalana
bilərlər.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq