Nida.az
Əli Kərimlinin əsas dayağı olan rayon şöbəsi ondan üz döndərdi – AXCP dağılır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsi Əli Kərimlidən uzaqlaşıb.
Publika.az xəbər verir ki, bu barədə şöbənin
konfransında qərara alınıb.
AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin (EQTK)
üzvü Cavid Musazadə konfransı açaraq, AXCP-də yaranmış durumun, Əli
Kərimlinin rəhbərliyi ilə bir qrup avtoritar təfəkkürlü insanın
partiyanı uçuruma apardığını bildirib.
C. Musayev qeyd edib ki, AXCP Ə. Kərimli kimi insanların inhisarından çıxarılmalıdır.
Sonra AXCP EQTK-nin sədri Razi Nurullayev geniş çıxış edərək Ə.
Kərimlinin apardığı siyasətin AXCP-nin məhvinə gətirdiyini
bildirib. Qeyd edib ki, Ə. Kərimli illərdir apardığı uğursuz
siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir.
“Əli Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa
verməli, sədrlikdən getməlidir. Azərbaycan müxalifətində bunun
presedenti var. Lalə Şövkət ALP sədrliyindən getdi, Etibar Məmmədov
AMİP sədri postundan istefa verdi. İsa Qəmbər son qurultayda
Müsavatın başqanı postundan getdi. Əli Kərimli də getməlidir.
Ümumiyyətlə, 90-cı illərdən bu yana uğursuz siyasət aparan bütün
siyasətçilər siyasi meydandan çəkilməlidir, yeni qüvvələrə,
gənclərə meydan verilməlidir. Biz demirik ki, Əli Kərimli, başqa
liderlər pis insanlardı, xeyr! Onlar bəlkə də doğmaları, qohumları,
ailə üzvləri üçün yaxşı insanlardır, yaxşı ailə başçılarıdır. Ancaq
siyasətçi kimi uğursuz siyasətçilərdir. Uğursuz siyasətçinin isə
siyasətdə qalması məqbul deyil”, - deyə o bildirib.
R .Nurullayevin çıxışından sonra təşkilati məsələyə baxılıb. Vüsal
Bayramov AXCP Suraxanı rayon şöbəsinin sədri seçilib.
Rahib Hacıyev Ali Məclisin üzvü, Nurlan Rəsulov, Savid Nəbiyev,
Tahir Hüseynov isə NTK üzvləri seçiliblər. Konfrans AXCP Etimad
Qurultayına nümayəndələri də müəyyən edib. Suraxanı şöbəsini
qurultayda Cavid Musazadə, Ayaz Nəbiyev, Rahib Hacıyev, Vüsal
Bayramov və Ehtiram Mehdiyev təmsil edəcəklər.
Qeyd edək ki, Suraxanı rayon şöbəsi AXCP-nin əsas dayaqlarından
biri sayılır. Son iki parlament seçkisində Ə. Kərimli bu dairədən
namizəd olub.
Asif Nərimanlı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO