Oqtay Əsədov: “Avropa Parlamenti korrupsiyaya qurşanıb”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Avropa Parlamenti korrupsiyaya qurşanıb”

Bu gün Milli Məclisin növbədənkənar iclası işə başlayıb.

Publika.az-ın məlumatına görə, iclas Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsinin müzakirəsinə həsr edilib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, sentyabrın 10-da Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilib: “Bundan sonra 49 deputat mənə müraciət etdi ki, Milli Məclisin növbədənkənar iclası çağırılsın”.

O.Əsədov qeyd edib ki, son 2 ildə Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyini əks etdirən qərarlar qəbul olunub. Avropa Parlamenti Azərbaycan əleyhinə piarı yenə də davam etdirir: “İndiyədək Avropa Parlamentində 635 deputat çox az hallarda iştirak edib. Bu təşkilat həmin deputatları bir araya gətirərək, Azərbaycana qarşı qərəzli mövqe ortaya qoydu. Mən Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab edirəm və təşkilatı ədalətli olmağa çağırıram. Bu gün Qarabağ işğal altındadır, günahsız azərbaycanlılar həlak olurlar. Avropa Parlamenti niyə bu məsələləri gündəmə gətirmir? Niyə bu barədə qətnamə qəbul etmir? Avropa Parlamenti öz qətnaməsində jurnalist Rasim Əliyevin ölümünü siyasiləşdirir. Qarabağda separatçılara dəstək nümayiş etdirir. Əslində, bu sənəd Avropa Parlamentinin imicinə ciddi zərbə vurur. Təşkilatın bu cür qərzəli mövqe nümayiş etdirməsinin bir səbəbi də Azərbaycanda parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. Seçkilər başlamamış, Avropa Parlamenti Azərbaycanda keçiriləcək parlament seçkilərinin legitimliyini şübhə altına alır”.

Spiker bəyan edib ki, Avropa Parlamenti korrupsiyaya uğrayıb: “Bu gün separatçı Bako Saakyan Avropada sərbəst dolaşır, Avropa ölkələri ona qapı açır. Azərbaycana qarşı bu cür təzyiqlər nümayiş etdirilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm