Kərim Kərimov: “7 dairədən namizədimiz olmayacaq”
Bizi izləyin

Nida.az

Kərim Kərimov: “7 dairədən namizədimiz olmayacaq”

“Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısı sabaha qədər açıqlanacaq”.


Bunu Publika.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü Kərim Kərimov deyib.


K. Kərimov bildirib ki, hakim partiya 125 dairənin 118-dən namizəd irəli sürəcək: “7 dairədən namizədlərimizi verməyəcəyik. Namizədlərimiz arasında biznesmen və iş adamları azdır. Daha çox qadın və gənclərə üstünlük verilib. Həmçinin hazırda deputat olanlardan da namizəd siyahısında adı olanlar var”.


K. Kərimov bir neçə rektor-deputatın namizədliyinin irəli sürülmədiyini qeyd edib.


Vasif Həsənli

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm